28 Avqust 2026, Cümə
"Qarabağ" "Tvente"yə məğlub oldu
“Qarabağ”dan ardıcıl iki transfer
ÇL: "Sabah"ın rəqibləri müəyyənləşdi
"Neftçi" Kurçi ilə yollarını ayırdı

Ölkə futbolu

Azərbaycanlı futbolçu “Ginnesin rekordlar kitabı”na düşüb

İranın futbol üzrə yığma komandasının keçmiş üzvü Əli Dayei “Ginnesin rekordlar kitabı”na düşüb. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, əslən azərbaycanlı olan futbolçu 1993-2006-cı illərdə İranın futbol üzrə yığma komandasının heyətində keçirdiyi oyunlarda 109 qol vurub.
 
Ə. Dayei 1969-cu il martrın 21-də Ərdəbilin Xeyral məhəlləsində anadan olub. O, İranın “İstiqlal” (Ərdəbil), “Taksirani” (Ərdəbil), “Bank-e Tecarət” (Tehran), “Persepolis” (Tehran), “Səba batteri” (Tehran), “Saypa” (Kərəc)), Qətərin “Əl-Sədd”, BƏƏ-nin “Əl-Şəbab” komandaları, eləcə də Almaniyanın “Arminiya”, “Bavariya”, “Herta” kimi məşhur futbol komandalarının heyətində çıxış edib. Futbolçu karyerasına 2007-ci ildə, İran yığmasındakı karyerasına isə 2006-cı il futbol üzrə dünya çempionatından sonra nöqtə qoyub. UNİCEF-in xoşməramlı səfiridir. Hazırda Tehranın “Perspolis” komandasının baş məşqçisidir. 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31