17 Avqust 2026, Bazar ertəsi
“Neftçi”nin 25 il gözlədiyi start
Rəşad Sadıqovdan qələbə şərhi
"Neftçi" və "Zirə" qələbə qazandı
Zubir “Qarabağ”dan getdi

Ölkə futbolu

“Xankəndi” Azərbaycan çempionatlarında 22 illik rekordu təkrarladı

Azərbaycan II Liqasının VI turu “Xankəndi”nin böyükhesablı qələbəsi ilə əlamətdar olub.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının (PFL) saytına istinadən verdiyi məlumata görə, “Araz-Saatlı”nın qonağı olan debütant 14:0 hesablı qələbə qazanıb.

Bu, PFL-in bayrağı altında keçirilən yarışların tarixində ən böyük fərqli qalibiyyətdir. 2008-ci ildən Premyer Liqa, I Liqa, II Liqa, Əvəzedicilər liqası, ölkə kuboku və Superkubokunda 14 top fərqi ilə qalib gələn olmayıb.

“Xankəndi”nin “Araz Saatlı” üzərində 14:0 hesablı qələbəsi ümumilikdə müstəqil Azərbaycanın peşəkar və yarımpeşəkar səviyyəli turnirləri üçün (II Liqanın ötən əsrdəki oyunları nəzərə alınmamaqla) ikinci ən böyük nəticənin təkrarıdır.

Yalnız bir dəfə ölkə çempionatı və kubokunda daha böyük fərqə təsadüf olunub. 1993/1994-cü illər mövsümündə I dəstədə mübarizə aparan komandaların duelində Sumqayıt təmsilçisi “Metallurq” “Göytəpə”ni 15:0 hesabı ilə məğlub edib.

14:0 hesabına isə 3-cü dəfə təsadüf olunub. Əvvəlki qələbələrin hər ikisinə “Şəfa” imza atıb və bu uğurlara ölkə kubokunda nail olub. 1997/1998-ci illər mövsümündə HHQ İK, 2003/2004-cü illər mövsümündə isə “Lider Qarabağ”la görüşdə “Şəfa” 14 cavabsız qol vurub. “Xankəndi” Saatlı təmsilçisi üzərində qələbə ilə “Şəfa”nın 22 il əvvəl imza atdığı XXI əsrin rekordunu təkrarlayıb.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31