3 Noyabr 2026, Çərşənbə axşamı
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

Felipe Santos: “Məncə, “Neftçi”nin ikinci qolunda ofsayt var idi”

“Çətin oyun oldu. Matça elə də yaxşı başlamadıq. Bunun da nəticəsində hesabda geri düşdük. Lakin sonradan toparlanmağı bacardıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Felipe Santos Azərbaycan Premyer Liqasının 8-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyun (2:2) barədə danışarkən deyib.

O, “ağ-qaralar”la görüşdə komandasının qələbəyə layiq olduğunu bildirib: “Bu matça çox yaxşı hazırlaşmışdıq. Qələbə qazanmaq istəyirdik. İkinci hissənin əvvəlində hesabda önə də keçdik. Məncə, “Neftçi”nin ikinci qolunda ofsayt var idi. Bununla belə, ümumilikdə komanda şəklində çox yaxşı mübarizə apardıq”.

Braziliyalı futbolçu matç ərzində aqressiv olması fikri ilə razılaşmayıb: “Aqressiv deyildim. Sadəcə komandama fayda vermək, qələbədə pay sahibi olmaq istəyirdim. Bizim üçün hər oyun finala bərabərdir. Həm də rəqibin kimliyini də unutmaq olmaz. “Neftçi” böyük klubdur”.

TAĞI








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30