Ölkə futbolu
“Atletiko”nun formasında Ermənistan yazılsaydı...(YAZI)
Ötən həftə “Visente Kalderon” stadionunda “Atletiko” ilə “Barselona” arasındakı oyunda bir məqam diqqətimi xüsusi çəkdi. Səhv etmirəmsə, ilk dəfə idi ki, Madrid komandasının ev matçından əvvəl üzərində “Lanf of fire Azerbaijan” yazılmış banner meydançanın mərkəzi hissəsində dalğalandırılırdı.
Şübhəsiz, “Bakı” klubu ilə imzalanmış əməkdaşlıq müqaviləsinə uyğun olaraq, buna qədər bütün oyunlarda Azərbaycanı təbliğ edən “Atletiko”nun son addımı da təqdir olunası faktdır. Hər halda, yüz milyonlarla insanın izlədiyi İspaniya çempionatının liderlərinin qarşılaşmasında da ölkəmizin adına istər Madrid komandasının formasında, istər reklam lövlərində rast gəlinməsi Azərbaycanın təbliğatı baxımından əhəmiyyətli hadisədir.
Hərçənd bu yazıda həmin məqama toxunmaq fikrində deyiləm. Çünki bu haqda çox yazılıb və danışılıb. Mənə qəribə gələn həmin oyundan sonra da sosial şəbəkələrdə Azərbaycanın “Atletiko”ya himayədarlıq etməsinə ağız büzənlərin yenidən ortaya çıxıb “bizə “Atletiko” lazım deyil”, “Atletiko”ya xərclədiyimizə yüzlərlə yazıçının kitabını buraxmaq olar”, “bu pulları Azərbaycanın uşaq futboluna xərcləyək” və s. bu kimi köhnəlmiş, az qala ürəkbulandırıcı fikirlər səsləndirməsi oldu.
Əslində “Atletiko”, eyni zamanda bu klubun himayəçisi olan Hafiz Məmmədovun sahibi olduğu Fransanın “Lans” klubuna bizə belə komandalar lazım deyil yox, bizə belə komandalar nə üçün lazımdır məntiqiylə yanaşmaq daha doğru olardı. Axı, hər iki klub bu gün Azərbaycanın reklamından daha çox bizim üçün vacib olan başqa bir mühüm işi də görür. Son aylar ölkəmizin neçə-neçə yeniyetmə futbolçusu Avropanın “Atletiko” kimi nəhəng, “Lans” kimi köklü komandasının düşərgəsində məşqlərə başlayıb, bir növ həmin komandanın üzvünə çevrilib. Təbii ki, bugünədək ora yola düşən 10-dək futbolçumuzun hamısının gələcəkdə bu komandaların əsas heyətinin üzvünə çevriləcəyini düşünmək sadəlövhlük olardı. Amma 2-3 ildən sonra, çox yox, heç olmasa, bir-iki futbolçumuzun İspaniya və Fransa kimi ölkələrin əsas komandalarında (şərt deyil ki, “Atletiko” və ya “Lans”da) sabit çıxış etmək imkanı var.
Qısası, “Atletiko” və “Lans” Azərbaycana futbolçu yetişdirmək üçün keyfiyyətli fabrik rolunu oynaya bilər və bizə bu, mütləq lazımdır. Unutmayaq ki, Azərbaycan klublarının özlərinin yetişdirdiyi futbolçular ən yaxşı halda bizə qonşu olan Türkiyə və Rusiya liqalarında çıxış edib, amma orada möhkəmlənə bilməyib. Səbəb çox sadədir: bizdə uşaqlar lazımi futbol savadı almayıb, futbol məktəbləri bərbad halda olub. Uşaq futbol məşqçlərinin əksəriyyətinin səviyyəsi haqda isə, ümumiyyətlə, çox danışmağa dəyməz.
Çünki acı mənzərə onsuz da göz qabağındadır: məhz onların yetişdirdiyi Azərbaycan futbolçusunun hansı qabiliyyət və bacarığın sahibi olduğu FİFA və UEFA yarışlarındakı nəticələrdə öz əksini tapıb. Və dərinə gedəndə müasir Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən Rəşad Sadıqovun, Ruslan Abışovun xaricdə möhkəmlənə bilməməsinin də başlıca səbəbi uşaqkən futbol məktəblərində aldığı mənəvi zədələrin təsiridir.
Ona görə bu gün əgər bir erməni (Henrix Mxitaryan) “Borussiya” kimi komandanın aparıcı üzvünə çevrilirsə, bir azərbaycanlı (Ruslan Abışov) Rusiya “Rubin”ində əsas heyətə düşə bilmirsə, buna görə ən böyük məsuliyyəti, ilk növbədə onlara futbol dərsi vermiş müəllimlər daşıyır.
İndi isə gəlirəm, yazıya nə üçün məhz bu başlığı seçməyimə.
Bəli, “Atletiko”nun formasında Ermənistan yazılsaydı, “Lans”ın isə 41 minlik stadionunda Azərbaycanın yox, bizə düşmən olan dövlətin bayrağı dalğalandırılsaydı, o zaman nələr olardı, təsəvvür edin. Sosial şəbəkələrdə həmin o “Atletiko” və “Lans” bizə lazım deyil” deyənlər, ağla qaranı seçə bilməyən qaraguruhçu daltoniklər və qazimizin sözü olmasın, Azərbaycandakı “Amerikanın uşaqları” bir hikkə qoparardılar, gəl, görəsən.
“Atletiko”nun formasında və stadionunun ən baxımlı yerlərində Ermənistanın adı var, bəs hara baxır, Azərbaycan hakimiyyəti, hardadı bizim vətəndən dəm vuran biznesmənlər?”
“Lans”ın stadionunda Ermənistanın bayrağı dalğalanır, bizim dövlətin, iş adamlarının isə Avropada bir klubda belə iş görməyə fərasəti çatmayıb”. Əmin olun ki, əgər Azərbaycanın yerinə bu işləri Ermənistan görsəydi, bu gün hədəfə çevrilən bizim hakimiyyət və iş adamları daha sərt ittihamlarla üzləşəcəkdilər, düşmən dövlət bizimkilərə nümunə kimi göstəriləcəkdi.
Görmürsünüz, yeri gəldi, gəlmədi təkcə bir Henrix Mxitaryanı nə qədər gözümüzə soxurlar... Səbəb də sadədir: indiyədək bir azərbaycanlı legioner öz klubunda normal oynamayıb.
Bütün bunlardan sonra başa düşürsüz, “Atletiko” və “Lans” bizə nə üçün lazımdır?
Aydın BAĞIROV, Qol.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
12.11.2026
11.11.2026
10.11.2026
























