Ölkə futbolu
Qurban Qurbanov: “6 xal gözləməzdim, amma inanırdım”
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turu çərçivəsində "Kopenhagen"lə oyundan (2:0) sonra mətbuat konfransı keçirib.
Futbolxeber.az saytının məlumatına görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov əvvəlcə qələbəni şərh edib:
“Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm. Bu gün sanki meydanda birlikdəydilər, bir-birilərinin arxasındaydılar. Şükür Allaha, belə gözəl qələbə əldə olundu. Qarşımızda "Kopenhagen" olsa da, futbolçularımız çəkinmədilər, çox ciddi mübarizə apardılar. Xüsusilə ikinci hissədə. Belə böyük turnirlərdə elə an olur ki, ona dözmək lazım gəlir. Bunu ikinci hissə etdik. Rəqib dəyişikliklərlə daha çox riskə getdi. Bəzi top itkilərimiz oldu. Amma ümumən bu cür mübarizə aparmaq bizə qarşıdakı böyük oyunlarda çox fayda verəcək. Məşqçiləri ilə oyundan əvvəl danışdıq. Çox yaxşı iş görürlər. Az da olsa, iş prinsipləri ilə maraqlandıq. O da bizim iş prinsipimizdən danışdı. Pozitiv komanda idi”.
- Püşkatmadan əvvəl sizə desəydilər ki, iki oyundan sonra 6 xal qazanacaqsınız, buna inanardınız?
- Bəlkə hamıda bu inam olmaya bilərdi. Amma məndə inam həmişə olub. Keçən il bizim çox yaxşı oyunlarımız oldu. Ancaq cəmi bir qalibiyyət əldə etdik. İnanırdım ki, oyunumuzu qoruyub-saxlaya bilsək, mübarizəni yaxşılaşdırsaq, bu mövsüm daha yaxşı nəticə olacaq. Sonda da çox gözəl və faydalı göstərici var. Həmişə inamla işləyirəm, futbolçularıma da inamla yanaşıram. Onlara da meydanda inamlı olmağı tövsiyə edirəm. Olmasa, bu cür oyun oynamaq olmaz. Kollektiv oyundur. Birimiz kollektivdən çıxsaq, qorxsaq, uğur əldə etmək olmaz. İnamımız həmişə olub. Amma bəzən deyirlər ki, hər şeyə real baxmaq lazımdır. Düzdür. Ancaq meydana inamsız çıxsaq... Uduza bilərik. Uduzduğumuz oyunlarımız olub, amma hamı mübarizəmizdən razı qalıb. Bəlkə 6 xal gözləməzdim, amma inanırdım.
- Futbol ölkəsi olmayan, kiçik ölkənin təmsilçisi olaraq, ÇL-də liderlər qruplarında olmaq necə hissdir?
- Çox gözəl, çox xoş. Biz Azərbaycanın "Qarabağ"ıyıq. Buna sevinirəm. O yerlərdə olmaq möhtəşəmdir. Cənab Prezident də bizi təbrik edib. Ona da təşəkkür edirəm. Deməli, məsuliyyətimiz daha da artır. Bizə rahat olmaq yoxdur. Daha da inanaraq, güvənərək, çalışıb irəli getməliyik.
- Əvvəllər xüsusilə Türkiyə klublarının oyunlarına zövqlə baxırdıq. İndi əksinə olub. Türk dünyası, Türkiyə mətbuatı “Qarabağ”ı öz nəhənglərinə nümunə göstərir...
- Hamısına təşəkkür edirəm. Uğur olan yerdə, diqqət, inam, xoş sözlər olacaq. Bu, bizi yanıltmalı deyil. Çünki uğurun uğursuzluğu da var. Buna da hazır olmalıyıq. Hər bir halda buna ancaq sevinirik ki, belə qardaş, nəhəng Türkiyədə "Qarabağ"a dəstək olurlarsa, bu qədər məlumat verilirsə, bizim üçün böyük dayaq, böyük sevincdir. Oyundan əvvəl də "Qalatasaray"ı təbrik etmişdim. İndi də təbrik edirəm. Həmişə Türkiyə klublarının hər birinə azarkeşlik edirik, onlara uğurlar arzu edirəm.
- 2008-ci ildən başlayaraq, komanda bir neçə dəfə pley-offun astanasında dayandı. Qrup mərhələlərində də növbəti mərhələnin astanasındasız. Avrokuboklarda planlarınızın zirvə nöqtəsi hansıdır?
- Biz bu həyatda çox şey istəyə bilərik. Amma mənim üçün vacib olan neçə illərdir ki, komandadayam. Bu komandanın məsuliyyəti haqda danışmışam, "Qarabağ" mənim üçün nə deməkdir. Məşqçi kimi daha ciddi olmağımda, formalaşmağımda bu komanda mənim üçün əsas silah olub. Ola bilərdi ki, başqa klubda olum, uğurlu nəticələrim olsun. Amma orada bu qədər ciddi ola bilməzdim. Hardasa yorulardım. Amma bu komandada bu ad məni nə yorulmağa qoydu, nə də inamsız, məsuliyyətsiz olmağa. Əsas hədəf bu komandanı sağlam qoruyub-saxlamaq idi. Bilirdim ki, uğur gələcək. Bu komandada həmişə futbolçularımdan əsgərlər kimi vuruşmağı tələb etmişəm. Demişəm ki, bizim şəhidlərimiz, zabit və əsgərlərimiz ölüm, güllə qarşısında olublar. Biz meydanda 90 dəqiqə oynayırıq, daha sonra istirahət edirik. Bu, mənim hədəfim idi. Şükürlər olsun ki, çox nadir hallarda yorğun olduğunda nəsə edə bilməyiblər. Amma mənim hədəfim o olub ki, bu inamı, mübarizəni qoruyub-saxlayaq. Uğur gələcək. Futbol elə oyundur ki, mümkün deyil ki, hər il daha yaxşı, eyni nəticə olsun. Böyük klublar da bu il çempion olurlarsa, gələn il ola bilmirlər. Hamı inkişaf edir, hamı yenilik axtarır. Transferlərdə də bəzən az transfer edirik, bəzən futbolçunu çox araşdırırq. Qarşılığını Allah verəcək.
- Evin Cəfərquliyev oyunun ən yaxşısı seçildi. Azərbaycanlı futbolçunun oyunun ən yaxşı seçilməsi haqda nə düşünürsüz? Avrokuboklarda tənqidlər sayəsində futbolçunu bu uğura gətirib çıxardı?
- Əlbəttə ki, buna sevinirəm. İlk olaraq, komandamın oyunçusunun seçilməsi. İkinci də, azərbaycanlının seçilməsi. Elvin heç də rahat futbolçu deyil. Dəfələrlə olub ki, öz idman formasından çox aşağı səviyyədə olub, sonra qalxıb. Elvində bir az stabillik çatışmır. Ancaq son matçlarda bir az özü də ciddiləşib, bəlkə mən onunla daha ciddi rəftar edirəm. Hamımız ehtiyatlı olmalıyıq. İstənilən an öz bacarığından aşağı çıxış edə bilər. Bəlkə ona bir neçə il lazımdır ki, məsuliyyəti dərk etsin, daha ciddi və böyük olmaq üçün. Amma bir neçə ili gözləyəsi olsaq, işimiz yaxşı olmaz. Çalışırıq ki, hər şeyi əldə saxlayaq. Elvinin potensialı bu deyil. Daha ciddi olsa, futbol haqda çox fikirləşsə, potensialı bundan daha çoxdur.
- Sirr deyilsə, UEFA-nın oyunun ən yaxşı seçdiyi oyunçular beyninizdə olan seçimlərlə nə dərəcədə üst-üstə düşür?
- Heç birini ayırmaq istəməzdim. Çünki burada hər birinin haqqı var. Biri topla daha yaxşı rəftar etdi, biri yaxşı mübarizə apardı, digəri taktiki yaxşı oynadı. Hər futbolçu üzərinə düşəni artıqlaması ilə etdi. Məndən olsa, futbolçuların hamısına verərdim.
- Hansı səhvləriniz üzərində işləyəcəksiniz?
- Bu gün səhvlərdən danışmaq istəməzdim. Çünki rəqib məcbur edir ki, səhv edəsən. Rəqibin ikinci hissədə itirəcəyi bir şey yox idi, riskə getdi. Belə oyunlarda topa daha çox sahib olmağı istəyirəm. Ancaq rəqibi də nəzərə almaq lazımdır. Oyunu analiz edəndə, normal formada ayrı-ayrılıqda, həm də kollektiv şəkildə futbolçulara çatdıracağıq.
- Ola bilər ki, Avropanın böyük klubları sizə təklif göndərər. Təklif olarsa, hansı reaksiyanı verərdiniz?
- Azərbaycanın ən yaxşı məşqçisi olmaq məsələsinə tələsməyək. Təkliflər haqda ümumiyyətlə, düşünmürəm. Çünki belə hallarda daha da sadə olmağa çalışmalıyıq. Bu komandada stabilliyin çox vacib olduğunu dedim. Ağlımda belə fikir olsa, bu komandanın inamı da, uğuru da, sistemi də pozulacaq. Özümdən razılıq olardı ki, deyim Avropadan mənə təklif olmalıdır, filan. Bu haqda düşünmürəm. Hələ Azərbaycandayıq, yaxşı olar.
- Bu komandanın potensialı daha yaxşı bilərmi? “Qarabağ"ı yanvardan sonra da ÇL-də görə biləcəyik?
- Keçən il səhv etmirəmsə, Zaqreb “Dinamo”su 11 xal topladı, amma 24-lüyə düşmədi. Bəlkə 8 xal bəs etdi, bəlkə 9 xal. Bizdən asılı olmayan nüanslar var. Biz hər şeyə hazır olmalıyıq. Get-gedə rəqiblərimiz daha məsuliyyətli olacaq. Bu günə kimi "Benfika"dan sonra bizə qarşı 70-80 faiz ciddi yanaşmağı düşündülərsə, bu gün 100 faizdən çox olacaq. Bu da bizə mane olacaq. Bizi heç də rahat, düşündüyümüz oyunlar gözləmir. Biləcəyik ki, qarşımızdakı rəqib bizə 100 faiz hazırlaşacaq. Daha çox işləməliyik, daha cəsarətli olmalıyıq.
- Dünən "Benfika" "Çelsi"yə uduzdu və Joze Mourinyo dedi ki, problem "Çelsi"yə uduzmaq yox, "Qarabağ"a uduzmaqdır. Ona cavab vermək istəyərdiniz?
- Yox. Mourinyoya nə sual, nə də cavab verə bilərəm. Çünki o Mourinyodur, dahi məşqçilərdən biridir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Nuriyev Macarıstan klubunda
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- “Zirə”də gözlənilməz ayrılıq
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
- “Qarabağ” Bikalyo üçün milyonluq təklifləri rədd edib
-
18:20
Elvindən Zubir paylaşımı: “Gözüm səni axtaracaq”
-
17:46
"Yuventus" müdafiəçi transfer etdi
-
17:09
"Qarabağ" Cəfərquliyevi itirdi
-
16:41
"Avropa çempionatında inamı doğruldub növbəti mərhələyə yüksəlmək istəyirik"
-
16:17
"İmişli"də ayrılıq
-
15:54
"Beşiktaş" və "Fənərbaxça" millimizin üzvləri ilə müqaviləni yenilədi
-
15:33
"Sumqayıt"ın kapitanı 5 ay sonra yaşıl meydanlara qayıdacaq
-
15:08
"Gəncə" onunla müqavilə imzaladı
-
14:45
"Tvente" ilə səfər oyunu üçün "Qarabağ" azarkeşlərinə 1500 yer ayrılıb
-
14:26
Cüdoçularımız İspaniya Supekubokunda 2 qızıl medal qazanıblar
-
13:52
PFL Zubirə təşəkkür etdi
-
13:31
“Sumqayıt”da 4-cü, Premyer Liqada 71-ci
-
13:19
"Neftçi" millinin üzvünü transfer edib
-
13:00
Ruan Renato 100-ə çatdı
-
12:37
Daha 3 boksçumuz Avropa çempionatında 1/4 finala yüksəlib
-
12:24
"Sumqayıt" üçün üzücü yubiley
-
12:03
“Neftçi”nin 25 il gözlədiyi start
-
11:48
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:15
Fransa Superkubokunu "Lans" qazandı VİDEO
-
10:56
Anje Mutsinzi: “Hər oyuna 3 xal üçün çıxacağıq”
-
10:22
“Tvente”nin baş məşqçisi “Qarabağ”la oyunlardan danışdı
-
10:09
Rüfət Abdullazadənin komandası finaldan kənarda qaldı
-
09:51
AFFA öz ampluasında: Millinin 0:13 hesablı məğlubiyyəti gizlədilir
-
09:34
Nəriman Axundzadə Superliqada debüt etdi
-
09:17
"Zirə" "Şəfa"ya şans tanımadı VİDEO
-
09:00
Azərbaycan 2027-ci ildə bədii gimnastika üzrə Dünya çempionatına ev sahibliyi edəcək
-
08:45
"Qarabağ" "Şamaxı"ya qarşı
-
23:52
Rəşad Sadıqovdan qələbə şərhi
-
22:54
"Neftçi" və "Zirə" qələbə qazandı
-
22:47
"Sumqayıt" - "Neftçi" matçında 4 qol VİDEO
-
22:11
Filipe Kandido: “Sumqayıt”a nələrisə bəhanə etmək üçün gəlməmişəm”
-
21:35
Vernidub: “Pulu öz əziyyəti ilə qazanmağı üstün tutanları gətirmək arzusundayıq”
-
20:00
“Zirə” - “Şəfa”: Heyətlər
-
19:28
Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
-
19:19
“Sabah” və “Qarabağ”ın oyunları təxirə salındı
-
18:56
“Tvente” “Qarabağ”dan oyundan öncə qələbə qazandı
-
18:33
Millimizin futbolçuları Türkiyə klubu ilə müqaviləni yenilədi
-
18:07
“Sumqayıt” - “Neftçi”: Heyətlər açıqlandı
-
17:25
"Sabah" - "Hapoel" oyununun biletləri satışa çıxarıldı
-
15:12
Zubirdən vida mesajı: “İnanılmaz sevgiyə görə təşəkkür edirəm”
-
14:44
İki boksçumuz Avropa çempionatının 1/4 finalında
-
14:31
Azərbaycanda BCF-nin 150-ci məşqçilik proqramının iştirakçılarına sertifikatlar verilib
-
14:00
Zubir “Qarabağ”dan getdi
-
13:29
Duran "Seltik"də ilk rəsmi qolunu vurdu
-
12:18
Şose velosipedi üzrə Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
-
11:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:37
"Hapoel Beer-Şeva" "Sabah"la oyundan əvvəl darmadağın oldu VİDEO
-
11:03
"Ayaks"ın vingeri PSJ-yə keçdi
-
10:45
Salah debüt etdi, "Trabzonspor" büdrədi VİDEO
-
10:22
Millimizin üzvü Macarıstan qol hesabını açdı
17.08.2026
16.08.2026
























