10 Fevral 2026, Çərşənbə axşamı
Almeyda rəsmən “Neftçi”də
Berdiyev azarkeşlərdən üzr istədi
“Turan Tovuz”dan çətin qələbə
"Qalatasaray"ın yetirməsi "Zirə"də

Ölkə futbolu

Saşa İliç: “Bu gün "Neftçi"dən daha yaxşı oynadıq”

“Sumqayıt” Azərbaycan  Premyer Liqasının V turu çərçivəsində öz meydanında “Neftçi”yə 0:2 hesabı ilə məğlub olub.

Futbolxeber.az saytının məlumatına görə, “kimyaçılar”ın baş məşqçisi Saşa iliç oyundan sonra təşkil olunan mətbuat konfransında əvvəlcə görüşlə bağlı fikirlərini açıqlayıb:

“Bu gün maraqlı oyun keçdi. Əlimizə düşən şanslarından istifadə etmədik. Çox yersiz qol buraxdıq. Həmin epizodda xeyli müdafiəçimiz var idi. Futboldur da, belə şeylər olur".

- Futbolçu kimi "Neftçi"yə qarşı oynamışdınız. Bu dəfə baş məşqçi kimi "Neftçi"yə rəqib oldunuz...

- Bəli, əvvəl futbolçu kimi oynamışdım. Bir dəfə təsnifat mərhələsində və qrup mərhələsində. Həmin görüşlər fərqlidir. Oyunçu və məşqçi kimi deyirəm. "Neftçi" Azərbaycanın ən böyük klublarından biridir.

- Son iki matçda "Sumqayıt"ın oyununda eniş var. Bunu özünüz görürsünüz?

- Mən belə fikirləşmirəm. Çünki bəzi səhvlərimiz oldu və qolları ondan sonra buraxdıq. Bu gün "Neftçi"dən daha yaxşı oynadıq.

- Ən çox hansı epizoda təəssüfləndiniz? Aleksander Ramalinqomun iki qol epizodu oldu...

- Elə qeyd etdiyiniz qol epizodları var idi. Üç vuracağımız epizod oldu, dəyərləndirə bilmədik. Səhvlər buraxdıq. Ən böyük səhv isə müdafiədə buraxdığımız səhvlər idi.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28