28 Sentyabr 2026, Bazar ertəsi
Millimiz Litva ilə heç-heçə etdi
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
“Şahdağ Qusar”dan 8 qollu qələbə

Ölkə futbolu

Aleks Souza: “Bu qolun ardı gələcək”

“Qarşılaşma çox çətin alındı. “Qəbələ” yaxşı komandadır. Ümumilikldə biz yaxşı oyun keçirdik. Düzdür, elə də çox qol imkanlarımız olmadı. Lakin əlimizə düşən fürsətdən maksimum yararlandıq və qələbə qazandıq. Buna görə çox şadıq. Yolumuza davam edirik”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Turan Tovuz”un hücumçusu Aleks Souza deyib.

O, növbəti turda “Sabah”a qarşı keçirəcəkləri görüşdən də söz açıb: “Artıq məşqlərə başlamışıq. “Sabah” yaxşı komandadır. Lakin biz də zəif deyilik. Məqsədimiz yalnız qələbədir. Buna görə də səfərə 3 xal üçün yollanacağıq”.

“Qəbələ” ilə görüşdə mövsümdə ilk qolunu vuran braziliyalı forvard bunun ardının gələcəyinə inanır: “Nəhayət ki, mövsümdə qol hesabımı açdım. Təbii ki, buna görə şadam. Düşünürəm ki, bu qol mentalitetimi dəyişəcək. Ardı gələcək. Məqsədim hər matçda komandama faydalı olmaqdır”.

TAĞI








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30