6 Iyun 2025, Cümə
Ölkə kubokunun qalibi bilindi
“Neftçi” yeni transferini açıqladı
Əhmədzadə “Zirə”dən getdi
“Neftçi” iki legionerlə yolları ayırdı

Ölkə futbolu

“İnter”: 5 rəqibdən 3-ü məlumdur

Yanvarın 5-dən “İnter” Türkiyə toplanışına start verib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, toplanış çərçivəsində 5 yoxlama oyununun keçirilməsi planlaşdırılır. “Bankirlər” artıq bu görüşlərin tarixlərini də müəyyənləşdirib. Belə ki, “İnter” yanvarın 11,15,18, 22 və 25-də meydana çıxacaq.

Yanvarın 15-də komanda Almaniyanın “Holşteyn Kil” komandasıyla qarşılaşacaq. Bu klub 1900-cü ildə təsis edilib və Almaniyanın 3-cü liqasında mübarizə aparır. “İnter”in rəqibi 1912-ci ildə ölkə çempionu olmasıyla öyünə bilər.

Yanvarın 18-də Kaxaber Tsxadadzenin yetirmələri güclərini Qazaxıstanın “İrtış” (Pavlodar) komandasıyla keçiriləcək matçda sınayacaqlar. Bu klub ötən il Qazaxıstan çempionatını 6-cı yerdə başa vurub.

“İnter”in sonuncu rəqibi Almaniyanın “Arminiya” klubu olacaq. Almaniyanın 2-ci Bundesliqasında çıxış edən bu klub mövsümün birinci hissəsini 16-cı yerdə başa vurub.

Əlavə edək ki, “İnter”in yanvarın 11 və 22-də qarşılaşacağı rəqiblər yaxın günlərdə müəyyənləşəcək.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30