26 Sentyabr 2026, Şənbə
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
“Şahdağ Qusar”dan 8 qollu qələbə
“Neftçi” Cavadovu təbrik etdi

Ölkə futbolu

"Qarabağ"-ın ÇL-də ev oyunlarını keçirəcəyi stadion dəqiqləşdi

"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib.

Futbolxeber.az-ın UEFA-nın saytına istinadən verdiyi məlumata görə, Ağdam klubu rəqiblərini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.

"Qarabağ"ın Liqa mərhələsində ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirmək ehtimalı da müzakirə olunurdu.

Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində 8 matç keçirəcək ki, bunlardan 4-ü evdə, 4-ü səfərdə olacaq. Ağdam klubunun ilk ev oyunu oktyabrın 1-də Danimarkanın "Kopenhagen" klubuna qarşı olacaq. "Qarabağ"ın digər ev oyunları noyabrın 5-də "Çelsi"yə (İngiltərə), dekabrın 10-da "Ayaks"a (Niderland) və yanvarın 21-də "Ayntraxt"a (Almaniya) qarşı olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30