9 May 2025, Cümə
“Neftçi” Tovuza 7 itki ilə yollandı
“Neftçi”nin zərəri kəskin azalıb
"Qəbələ" və "Difai" qələbə qazandı
AFFA bu klublara lisenziya verdi

Ölkə futbolu

“Xəzər Lənkəran”: Antalya toplanışının üçüncü günündə

Artıq üç gündür ki, qış təlim məşq toplanışı çərçivəsində Türkiyənin Antalya şəhərində məskunlaşan “Xəzər Lənkəran” gündə iki dəfə olmaqla məşqlərini davam etdirir. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Mustafa Dənizlinin rəhbərliyi altında keçirilən məşqlərdə futbolçular fiziki və taktiki çalışmaları yerinə yetirir.

Dünən səhər məşqinin vaxtını uzadan Dənizli axşam məşqini təxirə salaraq futbolçulara istirahət verməyi qərara aldı. Səhər məşqində ilk olaraq fiziki çalışmaları yerinə yetirən futbolçular daha sonra üç qrupa bölünərək ikitərəfli oyun oynadılar ki, Mustafa Dənizlinin tez-tez müdaxilə etdiyi oyunda əsasən sürətli kombinasiyalara üstünlük verildi. Bu gün yenidən iki məşq keçirəcək komandada hazırda zədəli futbolçu yoxdur və toplanışa viza problemi üzündən qatıla bilməyən Sadio Tounkara da sabahdan “Xəzər Lənkəran”a qoşulacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31