18 Sentyabr 2026, Cümə
VI turun hakim təyinatları açıqlandı
“Şahdağ Qusar” zirvədə
Elvin Camalov “Qəbələ”yə qayıtdı
"Neftçi" 1000-ci oyununa çıxacaq

Ölkə futbolu

Azərbaycan Premyer Liqasından 10 ildən sonra ilk yaşandı

Futbol üzrə Azərbaycan çempionatında 10 ildən sonra ilk turun üç oyununda heç-heçə qeydə alınıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Peşəkar Futbol Liqası açıqlama yayıb.

Premyer Liqanın 2025/2026 mövsümünün startı heç-heçələrlə zəngin olub. I turda baş tutan 5 oyundan üçü "sülh"lə nəticələnib.

“Karvan-Yevlax” - “Qəbələ”, “Neftçi” - “Şamaxı” və “Zirə” - “Araz-Naxçıvan” görüşlərində eyni - 1:1 hesabı qeydə alınıb. Start turunda üç heç-heçəyə təsadüf olunması son 10 mövsümdə ilk dəfə yaşanıb.

Sonuncu dəfə 2015/2016 mövsümündə ilk turda 3 bərabərlik olub. Həmin vaxt da 5 matç baş tutub.

Startda daha çox heç-heçəyə sonuncu dəfə 2012/2013 mövsümündə təsadüf olunub. Həmin vaxt 5 görüşün dördündə qalib müəyyənləşməyib.

Cari mövsümün I turunun keçirilən 5 oyununda 10 qol vurulub. Orta məhsuldarlığın 2,00-yə bərabər olması son 5 mövsümün startında ən aşağı göstəricidir. Sonuncu dəfə 2020/2021 mövsümündə bu rəqəm 2,00 olub.

Qeyd edək ki, I turun bir matçı təxirə salınıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30