3 Noyabr 2026, Çərşənbə axşamı
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

Çempionlar Liqası: "Qarabağ" üç göstəricidə liderdir

"Qarabağ" klubu UEFA Çempionlar Liqasının təsnifat mərhələsində üç göstəricidə liderdir.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan çempionu hazırda turnirdə ən çox qol vuran komandadır.

Komanda keçirdiyi beş qarşılaşmada 13 qola imza atıb. İsveçin "Malmö" və Serbiyanın "Srvena Zvezda" kollektivləri 11 qolla 2-3-cü yerləri bölüşdürür.

Bundan əlavə, “Qarabağ” topa ən çox sahib olan komandadır. Ağdam təmsilçisində orta göstərici 62 faizə bərabərdir. "Srvena Zvezda" (54 faiz) ikinci, Şotlandiyanın "Reyncers" (52 faiz) klubu üçüncüdür.

Qurban Qurbanovun komandası rəqibdən top almaqda da ilk sıradadır. Futbolçular 5 qarşılaşmada 42 dəfə buna nail olublar. Kiprin "Pafos" (41) kollektivi ikinci, Macarıstanın "Ferentsvaroş" (39) komandası üçüncü olub.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə "Ferentsvaroş"a 3:1 hesabı ilə qalib gəlib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30