Ölkə futbolu
Elmar Baxşıyevin möhürü
24 fevral 2024-cü il. Elmar Baxşıyev “Qəbələ”nin baş məşqçisi vəzifəsindən istefa verir. Həmin vaxt “qırmızı-qaralar” Premyer Liqanı tərk etmək təhlükəsi ilə üz-üzə idi. Mövsümün yekununda “Qəbələ” I Liqaya yuvarlandı. Bəziləri bu uğursuzluğun günahkarı kimi Elmar Baxşıyevı göstərdilər. Mütəxəssisin bir neçə ay əvvəl “Qəbələ”yə ölkə kubokunu qazandırması da unudulmuşdu...
8 aprel 2024-cü il. Elmar Baxşıyev “Araz-Naxçıvan”ın baş məşqçisi təyin olunur. Komanda 1 həftə sonra debüt oyununda “Neftçi”yə 0:3 hesabı ilə uduzur. “Araz-Naxçıvan”ın əvvəlki dövrələrdə 2 dəfə “Neftçi”yə qalib gəlməsini əldə bayraq edənlər bu təyinata “uğursuz” damğası vurur və Baxşıyevin Naxçıvan klubundakı fəaliyyətinin cəmi 2 ay çəkəcəyini iddia edirlər. Lakin mövsüm başa çatdıqdan sonra klub rəhbərliyi Baxşıyevə güvənir və ona istədiyi heyəti formalaşdırmaq şəraiti yaradılır.
19 may 2025-ci il. Azərbaycan Premyer Liqasının 35-ci turunda səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edən “Araz-Naxçıvan” bürünc medalı təmin edir. Bununla da Naxçıvan klubu tarixində ilk dəfə Azərbaycan çempionatının mükafatçıları sırasına düşür. Bu, Elmar Baxşıyevin özünü təsdiqi idi. 45 yaşlı mütəxəssis sübut etdi ki, əlində material olanda qarşıya qoyulan hədəfə çata bilir.
24 iyul 2025-ci il. “Araz-Naxçıvan” avrokuboklarda debütunu qələbə ilə qeyd edir. Elmar Baxşıyevin rəhbərliyi altında komanda özündən qat-qat güclü “Aris” üzərində möhtəşəm oyunla əzmkar qələbə qazanır.
31 iyul 2025-ci il. “Araz-Naxçıvan” səfərdə “Aris”lə üz-üzə gəlir. İlk oyundakı minimal hesablı qələbəyə baxmayaraq, Saloniki klubunun heyətini, təcrübəsini, azarkeş amilini nəzərə alan mütəxəssislər mərhələ adlayan tərəfin məhz “Aris” olacağını proqnozlaşdırırlar. Lakin Elmar Baxşıyevin komandası bütün proqnozları alt-üst edir. “Araz-Naxçıvan” sərgilədiyi möhtəşəm oyunla, əzmkarlıqla mərhələ adlayaraq tarix yazır. Elmar Baxşıyevin rəhbərliyi altında Naxçıvan klubu sübut edir ki, həyatda olduğu kimi, futbolda da pul çox şeyi həll etsə də, hər şey demək deyil. Büdcəsi heç 10 milyona çatmayan “Araz-Naxçıvan” 50 milyonluq büdcəsi olan “Aris”i mübarizədən kənarlaşdırır. Təbii ki, futbol kollektiv oyundur. Qazanılan uğurda komandadakı hər kəsin rolu var. Amma bu, ilk növbədə Elmar Baxşıyevin uğurudur. Bu, 45 yaşlı mütəxəssisin möhürüdür. Bir vaxtlar "Qəbələ"dən göndərilən, "Araz-Naxçıvan"a gələrkən “2 aylıq” adı verilən mütəxəssis bu gün Avropada tarix yazır!
Növbəti mərhələdə “Omoniya” ilə oyunlarda hansı nəticənin qeydə alınmasından asılı olmayaraq, “Araz-Naxçıvan” artıq boyundan yuxarı tullanıb. Ölkə daxilində daha yüksək büdcəli rəqiblərini qabaqlayan Elmar Baxşıyevin komandası bu ənənəni Avropada da davam etdirdi. “Barselona” və “Real”ın yetirmələrinin, vaxtı ilə “İnter”də, “Portu”da oynamış futbolçuların cəmləşdiyi “Aris”in mübarizədən kənarlaşdırılması böyük uğurdur. Və uğurda Elmar Baxşıyev imzası var.
“Araz-Naxçıvan”ın hazırda nə stadionu var, nə məşq üçün meydançası. Komandanın heç avtobusu da yoxdur. Digər klublar səfərə çarter reysi ilə yollanarkən Naxçıvan təmsilçisi “Aris”lə oyuna Bakı-Afina-Saloniki reysi ilə yollandı. Lakin bütün bunlar komandanın oyununa təsir göstərə bilmədi. Deməli, istək və iş olan yerdə uğur qazanmaq mümkündür...
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
13:00
Güləşçimiz Qazaxıstanda keçirilən turnirin qalibi olub
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
11.11.2026
10.11.2026
09.11.2026
























