3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

"Araz-Naxçıvan" III mərhələdə!

Bu gün UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Futbolxeber.az saytının məlumatına görə, təmsilçilərimizdən “Araz-Naxçıvan” Yunanıstanda “Aris”in qonağı olub.

Tərəflər arasında Bakıda keçirilən ilk oyunda Elmar Baxşıyevin komandası 2:1 hesablı qələbə qazanıb.

Səfərdə 2:2-lik bərabərliyə nail olan Elmar Baxşıyevin komandası növbəti mərhələyə adlayıb. Naxçıvan klubunun növbəti rəqibi ötən il Konfrans Liqasının pley-offunda "Zirə"ni mübarizədən kənarlaşdıran "Omonia" (Kipr) olacaq.

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi, cavab oyunu

31 iyul

“Aris” (Yunanıstan) - “Araz Naxçıvan” (Azərbaycan) - 2:2

Qollar: Çarls Boli, 11 (0:1), Felipe Santos, 37 (0:2), Fabiano Laysmann, 62 (1:2), Monçu, 90 (2:2)

Qırmızı vərəqə: İqor Ribeyro, 52 ("Araz-Naxçıvan")

Baş hakim: David Dikinson (Şotlandiya)

Saloniki. "Kleantis Vikelidis" stadionu

İlk oyun - 1:2








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31