14 Oktyabr 2026, Çərşənbə
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Ölkə futbolu

Polşalı müdafiəçi: “Bakı və “Qarabağ” həmişə qəlbimdə yer alacaq”

"Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak Ağdam klubundakı çıxışını xatırlayıb.

Futbolxeber.az saytının məlumatına görə, polşalı müdafiəçi sosial şəbəkə hesabındakı paylaşımında "Qarabağ"a gəlişi və qazandığı uğurlardan bəhs edib:

"Düz 8 il əvvəl “Qarabağ”la müqavilə bağlamışam. Bu, həqiqətən gözəl iki il idi. Çempionlar Liqasında, sonra Avropa Liqasında yüksəliş. İki Azərbaycan çempionluğu və bir kuboku!

Ancaq bilirsiniz ən çox nəyi xatırlayıram? Mən orada tanış olduğum insanları istər futbolda, istərsə də şəxsi həyatda sevirəm. Bu günə kimi onların çoxu ilə əlaqə saxlayıram.

Təşəkkür edirəm. Bakı və "Qarabağ" həmişə mənim qəlbimdə yer alacaq!"

Xatırladaq ki, Y.Jezniçak 2017-19-cu illərdə "Qarabağ"da oynayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31