22 Aprel 2026, Çərşənbə
"Cəbrayıl" “Mingəçevir”ə qalib gəldi
“Qarabağ” rəsmiləri UEFA Forumunda
Kubokda ilk finalçı müəyyənləşdi
UFC 2028-ci ilə kimi Azərbaycanda

Ölkə futbolu

Elmar Baxşıyev: “Rəhbərliyi təbrik edirəm, bizə inandı, şans verdi”

"Ağır oyun alındı. Ümumi götürdükdə, komanda mövsüm ərzində istədiyim oyunu və nəticəni bizə verdi. Təmsil etdiyimiz Naxçıvan adına sevindirici nəticədir. Rəhbərliyi təbrik edirəm, bizə inandı, şans verdi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 35-ci turunda "Şamaxı"nı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Təcrübəli mütəxəssis komandasının tarixində ilk dəfə avrokuboklara - Konfrans Liqasına vəsiqə qazanması və orada hansı heyətlə oynayacaqları ilə bağlı sualı belə cavablandırıb: “İndidən nəsə deyə bilmərəm. Çünki rəhbərliklə görüşməli, bunları müzakirə etməliyik. İçi mən qarışıq demək olar, hamının müqaviləsi başa çatıb. Buna aydınlıq gətirəcəyik".

E.Baxşıyev Naxçıvanda oynamaq istədiklərini bildirib: "Qələbələrimizlə azarkeşlərimizi sevindirmək istəyirik. Ancaq bu, məndən asılı olan məsələ deyil".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30