3 Avqust 2026, Bazar ertəsi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu

Ölkə futbolu

“Neftçi”nin futbolçusu əməliyyat olunacaq?

“Neftçi”nin futbolçusu Emil Səfərov əməliyyat oluna bilər.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə “Report”a paytaxt təmsilçisinin mətbuat katibi Asəf Zeynallı bildirib.

O, futbolçunun çiynində problem olduğunu söyləyib: “Emilin çiyni çıxmışdı. Elə həmin anda həkimlərimiz tərəfindən çiyni yerinə salındı. Sadəcə, ağrı vardı deyə oyunu davam etdirə bilmədi və əvəzləndi. Hazırda çiynində ağrılar var. Əməliyyat oluna bilər. Növbəti oyuna çıxıb-çıxmayacağı hələ bəlli deyil”.

Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi "Şamaxı"ya qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının XXIX turunun oyununda sıradan çıxıb. Onu 20-ci dəqiqədə Aleks Fernandes əvəzləyib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31