Ölkə futbolu
“Birbaşa”nın təsisçisi bugünkü finaldan danışdı: “Zirə”ni favorit görürəm”
Minifutbol üzrə Çempionlar Liqasının qalibi, Azərbaycan çempionu “Birbaşa Bakı”nın təsisçisi İlkin Qəriblinin Futbolxeber.az saytına müsahibəsi
- Bu gün minifutbol üzrə Azərbaycan çempionatının finalında “Zirə” ilə üz-üzə gələcəksiniz. Həlledici qarşılaşmadan gözləntiləriniz nədir?
- Həmişə kimi, gözləntilərimiz böyükdür. Ardıcıl 4-cü dəfə Azərbaycan çempionatında final oynayacağıq. Ümid edirik ki, elə ardıcıl dördüncü dəfə də çempionluq sevinci yaşayacağıq. Düşünürəm ki, bunu reallaşdırmaq üçün kifayət qədər gücümüz var.
- Final öncəsi şansları necə dəyərləndirirsiniz?
- Əksəriyyət şansları 50-nin 50-yə dəyərləndirir. Lakin hamıya məlumdur ki, ötən il Avropanın ən yaxşı müdafiəçisi seçilən Vüsal İsayev bir müddət əvvəl ciddi zədə aldı. O, yalnız 2 gün əvvəl məşqlərə başlayıb. Eləcə də Çempionlar Liqasının ən yaxşısı olan Təmkin Xəlilzadə də zədələnmişdi. O da bu günlərdə məşqlərə start verib. Finalda onun hansı vəziyyətdə olacağını bilmirik. İstənilən halda onlar maksimum dərəcədə komandaya kömək etməyə çalışırlar. Odur ki, bütün bunları nəzərə alaraq mən “Zirə”ni favorit görürəm. Həmçinin rəqib pley-offda heyətini 3 legionerlə gücləndirdi. “Zirə” onsuz da mövsümün əvvəlindən çempionatın favoritlərindən idi. Rəqibin heyəti yaxşı idi, legionerlərin gəlişi ilə daha da gücləndilər. Bütün bunları nəzərə alsaq, eləcə də Vüsal və Təmkinin zədəli olması, Rizvanın tam hazır olmaması “Zirə”ni daha şanslı edir. Əgər adını çəkdiyim 3 oyunçumuz finala tam hazır olsaydı, o zaman şansları 50-nin 50-yə dəyərləndirmək olardı.
Xoşbəxtlikdən minifutbol o idman növlərindəndir ki, Azərbaycan beynəlxalq arenada hər zaman özünü yaxşı tərəfdən göstərir. 3 legionerlə gücləndikdən sonra “Zirə”nin finalda bizə rəqib olması sürpriz deyil. Əvvəlki nəticələrimiz bizi finalda favorit kimi göstərmir. Ümumiyyətlə, favorit statusunu meydanda göstərmək lazımdır. Yəni güclü olduğunu hər zaman oyunda sübut etməlisən. Fərqi yoxdur qarşında hansı maneələr var. Təbii ki, zədələr və s. də olacaq.
- Özünüz də qeyd etdiniz ki, bu, ardıcıl dördüncü finaldır və əvvəlki hallarda “Birbaşa” çempion olub. Komandanız eləcə də Çempionlar Liqasının son qalibidir. Bu məqamlar komanda üzərində təzyiq yaradır?
- Təbii ki, son Azərbaycan çempionu və Çempionlar Liqasının qalibi kimi komandadan hər zaman gözləntilər maksimum dərəcədə yüksək olur. Mənim də, məşqçilər korpusunun da gözləntiləri dəyişməyib. Biz hər il istənilən turnirdə mübarizəyə favoritlərdən biri kimi qoşuluruq. Hər zaman da çalışırıq ki, maksimum dərəcədə nəticə qazanaq, gözləntiləri doğruldaq. Son çempion və Çempionlar Liqasınını qalibi olmağımız üzərimizdə əlavə təzyiq yaratmır. Çünki biz özümüz üzərimizdə təzyiq yaradırıq. Ona görə ki, nəticə istəyirik.
- Rəqib heyətini Qazaxıstan millisinin 3 üzvü ilə gücləndirdi. Bəs maraqlıdır, “Birbaşa” niyə final üçün heyətinə legioner cəlb etmədi?
- “Zirə”nin yarımfinaldan öncə heyətini legionerlərlə gücləndirməsi öz işləridir. Buna haqları da var. Lakin bizim yanaşmamız bir qədər fərqlidir. Biz kimisə heyətə cəlb ediriksə, onun xidmətindən mövsüm boyu yararlanmağa çalışırıq. Düzdür, Çempionlar Liqasında biz də heyətimizə fransız legioner cəlb etmişdik. Ancaq biz Ali Skanderin xidmətindən bütün turnir boyu istifadə etdik. Əslində, Azərbaycan çempionatında da onun xidmətindən yararlanmaq istəyirdik. Təəssüf ki, Skander də ciddi zədələndi. Noyabrda dizindən ağız zədə aldı, bu səbəbdən də qərara gəldik ki, 1 aylıq, mövsümün sonu üçün onu heyətə cəlb etməyək. Bununla belə, dediyim kimi, hər komandanın öz yanaşması var. Kimsə digərinə nəyin düz, nəyin səhv olduğunu söyləyə bilməz. Hər halda qaydalar buna imkan verir.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
11:00
"Turan" Çempionlar Liqasında növbəti oyununa çıxır
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
03.11.2026
02.11.2026
























