Ölkə futbolu
Samir Abasovun mesajı
Deyir, and içərəm, amma sübut edə bilmərəm. İndi bizimki də eyni vəziyyətdir. Aylardı görürük, deyirik, yazırıq ki, hakimlər “Sabah”ı “dartırlar”, ən kritik məqamlarda kömək edirlər. Təkcə elə “Turan Tovuz”un başına gətirilənlər bu fikri təsdiq edir. Hələ “Araz-Naxçıvan”la oyunda verilməyən penaltilər... Kömək etmək təkcə göz görə-görə aparıb rəqib qapısına penalti təyin etmək deyil. Bunun o qədər yolları var ki... Məsələn, bu yaxınlarda oyunların birində “Sabah”ın mərkəz müdafiəçisi Noqueira yalan olmasın 6 dəfə rəqib futbolçuları şillə-qapazın altına saldı. Gəl ki, matçın baş hakimi ona birinci hissədən layiq olduğu sarı vərəqəni yalnız 89-cu dəqiqədə göstərdi. Yəni oyunun bitməsinə saniyələr qalmış...
Bu dəqiqə “Sabah”ın adı gələndə bəzi hakimlər qorxuya düşürlər. Məsələn, fevralın 17-də Bayılda keçirilən oyunda “Sabah”ın baş məşqçisi Vasili Berezutskinin dilindən rusca söyüşün biri bir qəpikdən idi. “ASCO Arena”da media sektor qonaq komandanın ehtiyat oyunçular skamyasının düz arxasında olduğu üçün biz Berezutskinin söyüşlərini açıq-aşkar eşidirdik. Lakin nədənsə rusiyalı mütəxəssisə bizdən daha yaxın olan (məsafə olaraq a, ağlınıza başqa şey gəlməsin) dördüncü hakim həmin “bl..t”ları, “yo..........”ları eşitmirdi. Ya da eşitmək istəmirdi. Hakimi də qınamalı deyil. Gör Berezutskini Azərbaycana kim gətirib? Balaş Qasımov. O Balaş Qasımov ki, bu gün faktiki olaraq nəinki “Sabah”ı, hətta Azərbaycan futbolunu idarə edir. İndi hansı hakimin cəsarəti çatar ki, Vasili Berezutskiyə desin ki, söyüş söymək olmaz, yaxud buna görə ona qırmızı vərəqə göstərsin? Heç kimin!
Aylardı bütün bunları yazırıq, amma təəssüf ki, tək əldən səs çıxmır. Əslində kimdənsə dəstək də gözləmirik. Onsuz da bilirik ki, bu yolda təkik... Amma dünən səsimizə səs verən tapıldı. “Neftçi”nin baş məşqçisi Samir Abasov da dolayısı ilə dediklərimizi təsdiqlədi. Düzdür, Abasov konkret kimisə ittiham etmədi, konkret hakimlərin “Sabah”ı dartdığını demədi. Lakin üstüörtülü şəkildə də olsa lazımi mesajı verdi - “Qərəzdir bu, ya yox, kiməsə görə olunub, gələcək oyunlar üçün, ya yox, mən bunu deyə bilmərəm”. Bu cümlə dolayısı ilə bizim dediklərimizdir. Samir Abasov hakimlərə futbolçusuna göstərilən qırmızı vərəqəyə görə haqlı olaraq etiraz etdi. Qırmızı vərəqə kimə göstərilib? Bassalo Sambuya. Sambu kimdi? “Neftçi”nin əsas hücumçusu, 9 nömrəsi. Bəs “Neftçi”nin kubokdakı növbəti rəqibi? “Sabah”. Deməli, “Neftçi”nin əsas hücumçusu heç nədən aldığı qırmızı vərəqəyə görə ən azı “Sabah”la kubokun yarımfinaldakı ilk görüşündə meydana çıxa bilməyəcək. Polat Alemdar demişkən, sizcə, bütün bunlar təsadüfdür?..
Samir Abasov hakimlərin qərarına etiraz etməklə həyəcan siqnalı çaldı ki, bəlkə AFFA prezidenti bundan sonra vəziyyətə daha ciddi nəzarət edə. Çünki “Sabah”ın qeyri-rəsmi və rəsmi rəhbərləri bu gün AFFA-nı tam ələ alıblar. O ki qaldı Sərxan Hacıyevə, Elxan Məmmədovun keçmiş müavininin AFFA-dakı hazırkı fəaliyyəti yalnız ad günü olan veteranlara mayka verib, onlarla şəkil çəkdirməkdən ibarətdir. Nə olsun ki, kağız üzərində icraçı vitse-prezidentdir. Hamı bilir ki, bu gün faktiki AFFA-nı da, Azərbaycan futbolunu da Balaş Qasımov-Maqsud Adıgözəlov tandemi idarə edir. Ona görə də ölkə futbolu bu qədər bir klubun maraqlarına qurban verilir...
Futbolxeber.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
10.11.2026
09.11.2026
























