Ölkə futbolu
Samir Abasovdan hakimlərə etiraz: “VAR-ı rədd eləmək lazımdır”
“Azarkeşlərimizə sağ ol demək istəyirəm. Bizi yaxşı dəstəklədilər. Sağ olsunlar, var olsunlar. Bir də meydançaya baxan uşaqlar var. Son iki matçda çox əziyyət çəkdilər. Bizə şərait yaradan insanlara təşəkkür edirəm. Allah əziyyətlərini yerdə qoymasın. Kölgədə qalan, lakin üzərimizdə əziyyəti olan insanlar var. Fürsət düşdükcə, onlara təşəkkür etmək borcumuzdur”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Kəpəz”i 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib.
Daha sonra mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Rəqibi hansı komponentlərdə üstələyərək mərhələ adladınız?
- Birinci oyundan sonra komandanı bugünkü matç üçün hazırlamaq çox önəmli idi. 2:0 hesabı arxayınçılıq baxımından bir qədər təhlükəli idi. Uşaqlar ilk dəqiqədən göstərdilər ki, mərhələni adlamaq niyyəti ilə meydana çıxıblar. Bugünkü hava şəraitinə görə uşaqlar əziyyət çəkirdilər. Bu cür oyunlarda xarakter önə çıxır. Qol buraxmamaq üçün vuruşmalısan. Həddindən artıq konsentrasiyalı olmalısan. Reallığı götürsək, bəlkə də cütün taleyi ilk matçda həll olunmuşdu. Buna baxmayaraq, komandanın bu gün xarakter göstərməsi önəmli idi, futbolçular onu da bacardılar.
- Martın sonu, aprelin əvvəlində “Neftçi”ni çətin oyunlar gözləyir...
- Bizim kimi, yarımfinaldakı rəqibimiz də kuboka köklənib. Baş məşqçilərinin açıqlamalarından da bu, görünür. Həddindən artıq çətin oyunlar olacaq. Oyunumuzu nə qədər tez meydana qoya bilsək, adımızı nə qədər tez geri qaytara bilsək, bu, bizim üçün xeyirdir. Biz də fikirləşirik. Bu il nə qopara biliriksə, qoparmaq istəyirik. Öz adımıza. Bu, həm çempionata aiddir, həm kuboka. Bacardığımız qədər yaxşı oynayacağıq. Pis oynadığımız matçlarda da xal yığmağa çalışacağıq ki, komandanı ən azı mövsümün sonuna kimi ayaqda saxlayaq.
Bir də hakimlər barədə fikir bildirmək istəyirəm. Fikir vermisinizsə, son illər, əvvəl işlədiyim komandada da hakimlər barədə danışmamışam. Lakin son vaxtlar verilən qərarlar, bizim oyunlarda baş verənlər məni narahat etməyə başlayıb. “Neftçi”nin baş məşqçisi kimi. Bu, hardan irəli gəlir? Bilirəm, bu gün bizim kimi hakimlər üçün də çətin idi. Ancaq elə epizodlar var ki, kitabda yazıldığı qədər olmur. Hər şeyi dərk edib, hər şeyi analiz edib ondan sonra qərarlar verilməlidir. Mən bugünkü qırmızı vərəqəyə həddindən artıq çox etiraz elədim və etiraz eləyirəm də. Top bizim oyunçudadır, qarlı havadır, sürüşkəndir meydança. Dediyim kimi, top oyunçumuzdadır, aqressiya yox, top alma yox, ötürmə verir və bundan sonra ayağı gedib dəyir rəqibin ayağına. Həmin anda rəqibin ayağı ilə olan məsafə də həddindən artıq qısadır. Yəni şiddət də yoxdur. Bəlkə kimlər üçünsə var. VAR var, VAR-a baxa-baxa düşünmək üçün vaxtınız var, ay referilər. Mənim düşüncəmdir, o epizodda qırmızılıq bir şey yox idi. Qərara etiraz edirəm. Bir az diqqətli olmaq lazımdır. Başqa cür bu, anlaşıla bilər. Bizim də qarşımıza bəzi epizodları qoya bilərlər ki, əvvəlki matçlarda sizin də xeyrinizə qərarlar verilib. Məsələn, keçən oyunda penallar barədə danışırlar, filan. Amma mən o epizodları demirəm. Mən referilərin üzləşdikləri epizodlarda kitabla yox, düşdükləri situasiyaya uyğun qərar vermələrinin tərəfdarıyam. Bizə göstərilən qırmızı vərəqə düzgün deyildi.
- Hakimin VAR-da epizodu dəyərləndirmək üçün kifayət qədər vaxtı oldu. Siz isə qərarla razılaşmırsınız. O halda bu, qərəzdir, yoxsa hakim səhvi?
- Qərəz deməzdim. Bu, özünü sığorta eləməkdir. Hər halda hakim kitabı açacaq və buna bənzər nə isə orda yazılacaq. Kimin qabağına getsə, kitabı açıb göstərəcək. Necə ki, yol polisi saxlayanda qaydaları izah edir. Lakin mən deyirəm ki, bu VAR-ı rədd eləmək lazımdır. Sən düşdüyün epizoda uyğun qərar verməlisən. Bilmirəm bu hakim futbol oynayıb, ya yox. Sən orda vəziyyətə uyğun qərar qəbul etməlisən. Bax, top mənim ayağımdadır, ötürmə verirəm, sonra ayağım sürüşür gəlib sənin ayağına dəyir. Yəni mən şiddətli hansısa hərəkət etmirəm. Qərəzim də yoxdur. Burda ümumiyyətlə qırmızıdan danışmaq olmaz. VAR səni nə qədər çağırsa da, özün vəziyyəti analiz etməlisən. Sarı ilə bu söhbət bağlanmalıdır. Dediklərim bəlkə də ağır çıxacaq. Bir qədər məntiqlə düşünmək lazımdır. Mən bunu dediyim üçün sarı vərəqə ilə cəzalandım. Məntiqlə düşünsəydi, orda qırmızı vərəqə artıq idi. Qərəzdir bu, ya yox, kiməsə görə olunub, gələcək oyunlar üçün, ya yox, mən bunu deyə bilmərəm.
- Qırmızı vərəqə ilə bağlı etiraz etmək fikriniz var?
- Çıxan qərara baxacağıq. Elə olub qərarlar dəyişib. İntizam Komitəsi də yəqin epizodu incələyər. Bəlkə heç bizim etiraz etməyimizə ehtiyac qalmayacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
10.11.2026
09.11.2026
























