8 May 2026, Cümə
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Ölkə futbolu

"Sumqayıt"ın 200-cü məğlubiyyəti

“Sumqayıt” Azərbaycan çempionatında 200-cü məğlubiyyətini alıb.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, bu, Azərbaycan Premyer Liqasının XXIV turuna təsadüf edib.

Vaqif Cavadovun baş məşqçisi olduğu kollektiv səfərdə “Neftçi”yə 0:1 hesabı ilə uduzub.

Sumqayıtın eyniadlı komandası 424-cü matçda “200”ə çatıb. Məğlubiyyətlərin 88-i evdə, 112-si səfərdə qeydə alınıb. “Gənclik şəhəri” təmsilçisi ilk yenilgisini 2011-ci il avqustun 6-da, “Xəzər Lənkəran”la səfər görüşündə alıb - 1:2.

Qeyd edək ki, “Sumqayıt” ölkə çempionatları tarixinə 200 və daha çox oyunda uduzan 5-ci komandadır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31