11 Avqust 2026, Çərşənbə axşamı
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı

Ölkə futbolu

UEFA reytinqi: Azərbaycan üçün “Sele” təhlükəsi

Sloveniya UEFA reytinqində Azərbaycana yaxınlaşır.

Futbolxeber.az saytının məlumatına görə, bu, ötən gün keçirilən Avropa Liqası və Konfrans Liqasının pley-off oyunlardan sonra reallaşıb.

Azərbaycan hazırda 19.625 əmsalla 28-ci pillədə qərarlaşıb. 19.468 əmsalı olan Sloveniya 29-cudur.

Bu ölkənin təmsilçilərindən "Olimpiya" Konfrans Liqasının pley-off mərhələsinin cavab matçında evdə Bosniya və Herseqovinanın "Borats" kollektivi ilə qolsuz heç-heçə edib. Səfərdə 0:1 hesabı ilə uduzan komanda mübarizəni dayandırıb. "Sele" isə eyni turnirdə Kiprdə APOEL-ə qalib gəlib - 2:0. Evdə heç-heçəyə (2:2) razılaşan Sloveniya təmsilçisi 1/8 finala yüksəlib. Bu isə o deməkdir ki, “Sele” uğurlu çıxışını davam etdirəcəyi halda, Sloveniya reytinqdə Azərbaycanı geridə qoya bilər.

Qeyd edək ki, cədvələ 106,624 əmsalla İngiltərə başçılıq edir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31