3 Noyabr 2026, Çərşənbə axşamı
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

"Sumqayıt" səfərdən heç-heçə, "Neftçi" qələbə ilə qayıtdı

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

Futbolxeber.az saytının məlumatına görə, günün ilk matçında "Kəpəz" Tovuzda "Neftçi"ni qəbul edib. Rəqibini iki cavabsız qolla üstələyən paytaxt təmsilçisi bu qələbə sayəsində yarımfinala yaxınlaşıb.  

Günün digər matçında isə "Sumqayıt" "Sabah"ın qonağı olub. Bu matçda qapılara qol vurulmayıb..

Qeyd edək ki, "Sumqayıt"la "Sabah"ın cavab oyunu fevralın 27-də, "Kəpəz"lə "Neftçi"nin cavab matçı isə fevralın 28-də keçiriləcək.

Azərbaycan kuboku

1/4 final, ilk oyunlar

5 fevral (çərşənbə)

“Sabah” - “Sumqayıt” - 0:0 

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev

“Bank Respublika Arena”

“Kəpəz” - “Neftçi” - 0:2

Qollar: Ağadadaş Salyanski, 35, Yuri Matias, 69  

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov

Tovuz şəhər stadionu

6 fevral (cümə axşamı)

16:00. “Araz-Naxçıvan” - “Zirə”

18:30. “Səbail” - “Qarabağ”








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30