Ölkə futbolu
Bertuççi: "Əsas mövsümün sonunda kimin 1-ci yerdə olmasıdır" (Müsahibə)
“Neftçi” PFK-nın futbolçusu Bruno Bertuççi klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- “Neftçi”yə gələn gündən start heyətində möhkəmlənmisən. Son oyunda isə ilk hissədən sonra əvəzləndin. Bu barədə nə deyə bilərsən?
- Hər oyunda olduğu kimi, “Qarabağ”la matçda da sonadək meydanda olub, komandama kömək etmək istəyirdim. Amma meydana ağrıkəsicinin köməyi ilə çıxmışdım. Zədəm oyun ərzində özünü göstərdi. Birinci hissənin axırına yaxın hiss elədim ki, oyuna davam edə bilməyəcəm. Ona görə də ikinci hissədə Tərlan Quliyev mənim əvəzimə oynadı. Matçdan sonra müayinə edildim və məlum oldu ki, üç həftə yaşıl meydandan kənarda qalacam. Təəssüf ki, “Qəbələ” və AZAL-la oyunlarda meydanda ola bilməyəcəm.
- Belə oyunlar çempionatın müqəddəratını həll edirmi?
- Ötən mövsüm “Qarabağ”la son oyun həlledici olmuşdu. Çünki onda çempionatın sonuna bir neçə tur qalmışdı. İndi isə vəziyyət başqa cürdü. Deməli, indidən nəsə demək düzgün olmaz. Bütün rəqiblərlə oyunlar vacibdir. Çünki hər qələbəyə görə 3 xal verilir. Əsas mövsümün sonunda kimin 1-ci yerdə olmasıdır.
- Çempionluq yolunda əsas rəqiblər hansı komandalardır?
- Birinci yerə yüksəlmək asandır, amma əsas olan bu mövqeni sonadək qorumaqdır. “Neftçi” 3 dəfə ardıcıl ölkə çempionu olub və bu o deməkdir ki, nə qədər çətin olsa da, biz öz uğurlarımızla kifayətlənmək niyyətində deyilik. Hazırda turnir cədvəlində vəziyyət elədir ki, hər turda lider dəyişə bilər. Ölkə kubokunda da mübarizə aparırıq. Çalışacağıq ki, hər iki cəbhədə uğurumuzu təkrarlayaq.
- Müdafiəçi olsan da, hücumlara tez-tez qoşulursan. Yəqin ki, bu bir braziliyalı olaraq qol vurmaq istəyindən irəli gəlir...
- Müasir futbolda kənar müdafiəçilərin hücuma qoşulması mütləqdir. Belə olmasa, o öz komandasına kömək edə bilməz. Amma bu o demək deyil ki, öz mövqeyini boş qoymalısan. Nəhəng klubların oyunlarına baxanda görürsən ki, cinahdan qurulan hücumlarda müdafiəçilər fəal iştirak edir. Həm də bununla rəqib müdafiəçilərin diqqətini özünə cəlb edirsən və hücumçular üçün yaxşı şərait yaranır. Mən daha çox cinah ötürmələrinə üstünlük verirəm. Amma imkan olduqca zərbə də vurmağa çalışıram. Qol vurmaq isə oyunun gedişatından asılıdır. Kimin fərqlənməsi o qədər də vacib deyil, əsas odur ki, qalib gələk.
- Braziliya və İsveçrədə oynamış futbolçu kimi Premyer Liqanın səviyyəsi haqda nə deyə bilərsən?
- Məncə, burada ən böyük fərq azarkeşlərin stadionlara gəlməyindədir. Premyer Liqada oyunların səviyyəsi və gərginliyi İsveçrənin yüksək liqasının oyunlarından heç də geri qalmır. Amma mənə də təəccüblü gəlir ki, nə üçün tribunalar belə boş olur. İsveçrədə azarkeşlərin futbola marağı daha böyükdür. Futbol azarkeşlər üçün oynanılır. Azarkeşsiz futbol istər-istəməz baxımlı olmur. Azərbaycanda ancaq beynəlxalq oyunlarda azarkeşlər stadionları doldurur.
- Avropa Liqasının qrup mərhələsində “İnter”lə “San Siro”da keçirilmiş oyunda çox yaxşı təsir bağışlamışdın. İkinci qolun vurulmasında da sənin əməyin var idi.
- Avroliqanın qrup oyunlarından sonra mənimlə bir çox klublar maraqlandı. Amma klubum məni buraxmadı. Mən futbolçu olaraq “Neftçi”yə məxsusam və hansısa komandaya keçidimə də klub rəhbərliyi qərar verə bilər. Azərbaycanda xoşbəxtəm və bura tez bir zamanda uyğunlaşdım. Braziliya və Azərbaycan adət-ənənəsi fərqli olsa da, oxşar keyfiyyətlərimiz də var. Başqa klublara baxanda da görürsən ki, braziliyalı futbolçular Azərbaycan mühitinə tez adaptasiya olurlar. Gənc futbolçu kimi ailə üzvlərim, anam daima yanımda olur, atam da Braziliyadakı işləri çox olsa da, tez-tez bizə baş çəkir.
- Növbəti dünya çempionatı vətənində keçiriləcək. Sən də vaxtilə milli komandanın formasını geyinmisən...
- Mən Braziliyanın 20 yaşadək futbolçulardan ibarət yığmasının heyətində dünya çempionatında oynamışam. Misirdə keçirilmiş mundialda çıxış etmişəm. Dünya çempionatı həyəcanını yaşamışam. Orada rəqabətin nə səviyyədə olduğunu demək yəqin ki, artıq olar. Braziliyanın əsas yığmasının futbolçuları dünyanın aparıcı klublarında çıxış edir. Yığma komandaya cəlb olunmaq üçün “Neftçi”də yaxşı çıxış edib Avropanın böyük klublarının diqqətini cəlb etməlisən. Futbolda dünya çempionatından daha vacib bir yarış yoxdur. Orada oynamaq hər bir futbolçunun arzusudur. Braziliya beşqat dünya çempionudur. “Neftçi”də oynadığım müddətdə öyrəndim ki, final oyununun keçiriləcəyi “Marakana” stadionunda “Neftçi”nin məşhur futbolçusu Anatoli Banişevski Braziliya yığmasının qapısına qol vurub. Bu, “Neftçi”də necə böyük futbolçuların oynamasından xəbər verir. Yeri gəlmişkən, klub rəhbərliyi və baş məşqçidən icazə alıb Braziliyaya yola düşürəm və vətənimdə ən yaxşı həkimlərin nəzarəti altında müalicə olunacam. Qış fasiləsindən sonra tam bərpa olub komandanın təlim-məşq toplanışına qatılacam. Fürsətdən istifadə edib qarşıdan gələn Yeni il bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm və azareşlərimiz də inansın ki, gələn il “Neftçi” Azərbaycan, Braziliya isə dünya çempionu olacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- II turun hakim təyinatları açıqlandı
- Nuriyev Macarıstan klubunda
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
-
12:47
"Qarabağ"ın "Xaric segah"ı...
-
12:15
Fatih Tekke istefa verdi, rəhbərlik qəbul etmədi
-
11:53
Litva səfirindən "Qarabağ"a dəstək
-
11:28
UEFA reytinqində Azərbaycanın mövqeyi dəyişməyib
-
11:00
“Sumqayıt”ın ənənəvi Yay Futbol Düşərgəsinə start verilib FOTOLENT
-
10:46
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:32
"Neftçi" Zirə səfərinə hazırlaşır FOTOLENT
-
10:19
"Riad Rəfiyevi xüsusi qeyd etmək istərdim, o, məni tapdı və Azərbaycana gətirdi”
-
09:54
Tahir Gözel: “Səhvlərimizdən dərs alacağıq”
-
09:41
"Qarabağ"ın məğlubiyyəti VİDEO
-
00:37
Mahir Emrelinin qolu “Rakuv”a bəs etmədi
-
00:25
“Tvente”nin baş məşqçisi: “Qarabağ”ı çox yaxşı təhlil etmişdik”
-
00:03
Qurban Qurbanov: “Artıq itirəcək heç nəyimiz yoxdur”
-
22:49
"Qarabağ" "Tvente"yə məğlub oldu
-
22:00
“Qarabağ”dan ardıcıl iki transfer
-
21:11
ÇL: "Sabah"ın rəqibləri müəyyənləşdi
-
19:56
“Qarabağ” - “Tvente” matçı gec başlayacaq
-
19:45
“Karvan-Yevlax”dan növbəti transfer
-
19:07
Millimizin qapıçısısı Türkiyə klubunda
-
18:38
"Gəncə"dən iki yeni transfer
-
17:43
“Qarabağ”ın sabiq futbolçusu I Liqa klubunda
-
17:29
"Beşiktaş"da yeni hücumçu
-
16:54
Millimizin üzvü klubu ilə müqavilə müddətini uzadıb
-
16:12
Avropa birinciliyində 15 medal qazanan atletlər Vətənə qayıdıblar
-
16:00
“Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişəcək
-
15:41
Prezident İlham Əliyev “Sabah” klubuna 5 milyon manat ayırdı
-
14:26
"Fənərbaxça"nın qapıçısı "Barselona"da
-
13:57
"Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
-
13:05
Azərbaycan stolüstü tennisçiləri "Euro Mini Champs" turnirində iştirak edəcəklər
-
12:38
"Qarabağ" - "Tvente" oyunundan əvvəl fan zona təşkil olunacaq
-
11:23
Azərbaycan "Böyük Dəbilqə"də 14 cüdoçu ilə təmsil olunacaq
-
10:49
Mbappenin het-triki "Real"a qələbə qazandırdı VİDEO
-
10:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Fənərbaxça" 18 ildən sonra ÇL-in əsas mərhələsində VİDEO
-
18:43
“Bütün diqqətimiz “Qarabağ”a qarşı oyundadır”
-
18:29
“Tvente”nin baş məşqçisi: “Sabah bizim son şansımızdır”
-
17:56
Sona Ağayeva Cənubi Koreyada dünya çempionatında mübarizə aparacaq
-
17:12
“Şəfa”ya texniki məğlubiyyət verildi
-
16:35
Perin “Yuventus”dan getdi
-
16:04
Vaqif Cavadov Bakıda "Tvente"ni ziyarət edib
-
15:41
“Mançester Siti”dən növbəti transfer
-
15:27
AFFA "Neftçi" və "İmişli"ni cərimələdi
-
14:58
"İmişli" 1 ay əvvəl transfer etdiyi futbolçu ilə yolları ayırdı
-
14:00
Qurban Qurbanov: “Təhlükə bizim hesabda öndə olmağımızdır”
-
13:13
“Sabah” artıq 20 milyon avrodan çox qazanıb
-
12:39
"Neftçi" Kurçi ilə yollarını ayırdı
-
12:26
Kişi boksçulardan ibarət millimiz Gürcüstanda təlim-məşq toplanışı keçəcək
-
11:42
"Karvan-Yevlax"dan növbəti transfer
-
11:05
Prezident İlham Əliyev "Sabah"ı təbrik etdi
-
10:54
Millimizin sabiq baş məşqçisi işsiz qaldı
28.08.2026
27.08.2026
26.08.2026
























