Ölkə futbolu
Samir Abasov: “Vaqonla, təyyarə ilə geri qaytarılacaq, yayda baxacağıq”
"Neftçi" Azərbaycan Premyer Liqasının 20-ci turunda səfərdə "Araz-Naxçıvan"a 1:2 hesabı ilə məğlub olub.
Futbolxeber.az saytının məlumatına görə, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Birinci hissədə nə baş verdi ki, 4 əvəzetmə birdən etdiniz?
- Tamamilə narazı qaldım. Birinci hissədə heyəti quranda fikirlərimiz o idi ki, hücum etməkdə problemlərimiz var. Kreativ nələrsə etmək alınmır. Bacarıqsızlıq deyim, nə deyim, bilmirəm. Bu problemlər üzə çıxdı. Onsuz da var idi. Fikirləşdik ki, Murad kreativdir, Ramil Şeydayev də sol cinahda oynasın. Əfsuslar olsun ki, sönük oyun getdi. Birinci hissədə qapıya zərbə vura bilmədik. Bu da narazı qaldığımız məqamlardır. İkinci hissədə bunları dəyişməyə çalışdıq. Daha çox hücum etmək tapşırığı verdik. Alındı. Epizodlar da oldu. Amma qollar olmadı. Robert Bauer durduğu yerdə topu kornerə çıxardı. Bu cür təcrübəli oyunçular belə şeylər edir. Standart vəziyyətdən qol buraxdıq. Nələrisə dəyişə bilmirdik. Ümidimiz ikinci hissədəki dəyişikliklərə qalmışdı. İmkan olsa idi, 5-ci dəyişikliyi də edərdik. Problemlərimiz, çətinliklərimiz var. Nədən irəli gəldiyini bilirəm. Amma çözməkdə çətinlik çəkirik. Transfer pəncərəsinin bağlanmasına qədər vaxtımız var. Ümid edirəm ki, danışdığımız oyunçuları gətirərik, bəlkə nələrisə dəyişərik. Kubok oyunumuz var. Bizim üçün çox önəmlidir. Ona hazırlaşacağıq. Tam gücümüzü kuboka verərək, orada nələrsə etməyə çalışacağıq. Rəqibi təbrik edirəm.
- Yeddi yerli futbolçu ilə oyuna çıxdınız. Legionerlərə üsyan edirdiniz? Onları yayda vaqonla geri qaytaracaqsınız?
- Vaqonla, təyyarə ilə geri qaytarılacaq, yayda baxacağıq. Üsyan deyildi. Sadəcə bu gün bu idi durum. Heyəti məşqlərə görə qururuq. Görmək istədiyim oyun stili var. Əlimizdə olan oyunçularla oynamalıyıq. Gələn dəfə meydanda 11 yerli olacaqsa, bunu normal qarşılamağınızı istəyərdim. Sadəcə fikir idi, etdik.
- Sanki “Neftçi” futbolçularında olmalı olan istək, aqressiya Ürfan Abbasovda idi. İstəyərdiniz ki, onda olan istək sizin futbolçularda olsun?
- Bundan xoş heç nə ola bilməz. Biz də istəyərdik ki, futbolçularımız istəkli olsunlar. Amma sözün açığı, bu istək "Neftçi" ilə oyunda bütün rəqiblərdə, rəqib futbolçuların hamısında var. Keçən oyunda fikirləşdim ki, "Sabah" bizimlə matçda istəkli idi, pis oynamadı. Düşündüm ki, "Sumqayıt"a qarşı da belə olacaq, qalib gələcək. Amma birinci hissə başlayanda görürsən ki, sənə qarşı oynayan rəqib deyil sanki. Bu, dəfələrlə olub. Keçən dəfə "Kəpəz"in özü... Biz onları 2:1 udduq, amma epizodlar qaçırdılar.. Yenə "Sumqayıt" deyəcəm. Amma deməliyəm, onlarla görüşdə 0:0 oynadılar. Ürfanın istəyi, digər komandaların futbolçularında da var. Bu da "Neftçi"dən irəli gələn məsələdir. İstəyərdim komandamda bu cür şeylər olsun. İşimiz də elə odur ki, bu cür komanda yaradaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
10.11.2026
09.11.2026
























