Ölkə futbolu
Millimizin dubl edən üzvü: “Bu etimadı doğrultmalı idik”
Avropa çempionatının ilkin mərhələsində ilk oyununu keçirən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Kosovonu məğlub edib.
Futbolxeber.az saytının məlumatına görə, 4:1 hesabı ilə yekunlaşan görüşdə dubl edən və əzmkar oyunu ilə seçilən millimizin üzvü Ədalət Ələkbərovun Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib.
- Oyunla bağlı təəssüratlarını bölüşərdin...
- Çətin görüş oldu. Bura niyə gəldiyimizi bilirdik. Bakıda olanda da federasiya rəhbərliyi komanda ilə görüşündə mərhələ keçməyin vacibliyini qeyd etdi. Əlbəttə, biz də bu etimadı doğrultmalı idik.
- Sanki iki fərqli hissə oldu. Fasilədə baş məşqçi nələrə diqqət etməyi tapşırdı?
- San Marinoya dünən gəldik. Əlbəttə, bu qədər yol qət etmək, ardınca məşqə çıxmaq müəyyən qədər yorğunluq yaratmışdı. Məşqçilər əllərindən gələni etdilər ki, oyuna yaxşı köklənək. Birinci hissədə yorğunluğun bir qədər təsiri oldu. Ancaq fasilədə toparlana bildik. Deməzdim həyəcanlı idik. Düzdür, bu cür oyunda ilk dəfə iştirak edirdik. İkinci hissədə demək olar, onlara heç bir şans vermədik. Lazımlı, vacib qələbə qazandıq. İndi bunun davamını gətirməliyik. Hələ işin yarısını görmüşük. Daha vacib oyun San marino ilə matçdır.
- Bu U-19-un ilk qələbəsi kimi tarixə düşdü. Statistika necə, motivasiya baxımından təsir etdimi?
- Biz burada 12 futzalçı ola bilərik, amma 10 milyonluq Azərbaycan kimi qalib bir ölkəni təmsil edirik. Gözəl ölkəmizə ancaq qələbələr yaraşır. Bunu bacardığımıza görə çox şadıq. Ancaq rahatlaşmaq olmaz.
- Dubl etdin. Hər iki qoldan sonra xüsusi jestlə diqqət çəkdin. Bu qolları kimə ithaf etdin?
- Dünyasını dəyişən atamın adının baş hərfini - M (atasının adı Məzahirdir) - tutdum. Əvvəlcədən söz vermişdim, hətta ailəmə - anama, qardaşıma, bacıma bildirmişdim ki, qol vursam, bu jesti edəcəyəm. Çox şükürlər olsun ki, ilk növbədə qələbə qazandıq və mən də arzuma çatdım. Valideyinin əziyyətini heç bir övlad itirə, unuda bilməz.
- Növbəti rəqib meydan sahibi San Marinodur. Onların oyununu izləmisiniz. Bu rəqiblə bağlı nələri qeyd etmək istərdin?
- Bizim üçün dəyişən rəqibin adıdır, amma oyuna yanaşma, intizam yerində olacaq. Bu gün qələbə qazandıq. Artıq bunu unutmalıyıq. Çünki ikinci oyun da önəmlidir. Məqsədə çatmaq üçün meydanı qalib tərk etməliyik. San Marino meydan sahibidir, azarkeşləri qarşısında oynayacaq. Biz də öz oyun üslubumuza sadiq qalacağıq, qələbə qazanmaq üçün hər şeyi edəcəyik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
10.11.2026
09.11.2026
























