3 Avqust 2026, Bazar ertəsi
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı

Ölkə futbolu

"Qəbələ"dən növbəti qələbə

"Qəbələ” növbəti yoxlama oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, “qırmızı-qaralar” mövsümün ikinci hissəsinə hazırlıq çərçivəsində “Qaradağ Lökbatan”la üz-üzə gəlib. Bu, Kaxaber Sxadadzenin komandasının qış fasiləsində ikinci matçı olub.

Qarşılaşma Binə qəsəbə stadionunda keçirilib. Hər hissədə bir qol vuran "Qəbələ" 2:0 hesablı qələbə qazanıb.

İlk hissədə Elşad Tağıyev hesabı açıb. Fasilədən sonra Domi Massoumou fərqi artırıb. Beləliklə, “qırmızı-qaralar” 2025-ci ildəki yoxlama oyunlarında ardıcıl ikinci qələbəsini qazanıb.

Qeyd edək ki, hazırlığa yanvarın 9-da start verən “Qəbələ” ilk yoxlama oyununda “Mingəçevir”ə 4:0 hesabı ilə qalib gəlib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31