Ölkə futbolu
Rafael Bunyatov: “Ya qalib olmalısan, ya da döyüşə getməməlisən”
Bu gün I Liqada mübarizə aparan “Mingəçevir” klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayan ASTA-nın (Azerbaijan Sport Talents Academy) prezidenti Rafael Bunyatov jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının məlumatına görə, o, yaxın və gələcəklər planlardan söz açıb:
- Ən yaxın perspektivdə qarşıda hansı planlarınız var?
- Hazırda I Liqada sonuncu pillədəyik. Çalışırıq ki, əvvəlcə bu liqada qalaq. Gücümüzü buna sərf etmişik. Ondan sonra inkişaf üçün yeni baza yaratmaq, meydançaları bərpa etmək, əlavə 3 meydança yaratmaq fikrimiz var. Akademiyamızın olmasını istəyirik. Eləcə də İspaniyanın “Marset” akademiyasının 9-12 yaşlılarının təlim kurslarının Mingəçevirdə keçirilməsini planlaşdırırıq. Orda hər il 4 və ya 6 toplanış keçirmək istəyirik. Bu toplanışlar təkcə “Mingəçevir” yox, bütün Azərbaycana aiddir. Bu, bizə şərait yaradacaq ki, yeni futbolçular seçək və onları xaricə göndərək. Çünki biz hər il 15-20 nəfəri Barselonadakı “Marset” akademiyasına göndəririk. Futbolçular 6 ay ərzində ispan dilini öyrənirlər və orada təhsil alırlar. Təkcə idmana fikir vermirik, bizdə təhsil və idman biryerdə gedir. Çünki idmançı həyatı qısadır. Biz çalışırıq ki, onlar futbolçu karyeralarını başa vurduqdan sonra təlimçi, menecer və s. vəzifədə fəaliyyətlərini davam etdirə bilsinlər. Hazırda “Marset” akademiyasında dünyanın müxtəlif ölkələrindən 2500 futbolçu var. Bizim də uşaqlarımız orada dil bilməyə məcburdurlar. Çünki bir otaqda 4 uşaq qalır. Azərbaycandan gedən yeniyetmənin otaq yoldaşı ingilis də ola bilər, fransız da, braziliyalı da. Bunun üçün dil öyrənmək məcburidir. Dil bilməlisən ki, ünsiyyətdə olasan, sosiallaşasan. Həmin futbolçuları İspaniyada peşəkar kimi yetişdirib Azərbaycana qaytarmaq istəyirik. Həmçinin onların Avropada oynamaq perspektivləri də var. Bildiyiniz kimi, hazırda Eldar Tağızadə “Barselona”nın üzvüdür. Bu, bizim üçün ilk müqavilə idi. Həmçinin “Sevilya” 15 yaşlı futbolçularımızdan 1-2-si ilə maraqlanır. Lakin indi bütün sirləri açmaq istəmirəm.
- “Mingəçevir”lə müqavilə hansı müddətə imzalandı?
- Uzun müddətə. Biz nəinki “Mingəçevir” klubunu, həm də stadionu uzunmüddətlik götürdük. Çünki ilk növbədə strukturu bərpa etməliyik. Hazırda orda bir təbii, bir də süni meydança var. Meydançaların sayını artırmaq istəyirik. Orada həmçinin tennis akademiyası da açmaq istəyirik. Çünki uşaqların idmana cəlb olunmasının tərəfdarıyıq. Gənclərimiz sağlam böyüməlidirlər.
- Baş məşqçi seçimində niyə məhz Füzuli Məmmədova üstünlük verdiniz?
- Siyahımızda bir neçə məşqçi var idi. Onlarla görüşüb danışdıq. Füzuli Məmmədovun PRO kateqoriyası və çox peşəkar olduğu üçün seçimi onun xeyrinə etdik. Füzuli müəllimə böyük ümidlərim var. Onun yanaşması, tələbləri, davranışı bizi qane edir. Onunla fikirlərimiz üst-üstə düşür. Bu komandada hamı ailə kimi olmalıdır. Başqa cür mümkün deyil. Ailə ola bilməsək, işimiz alınmaz. Füzuli müəllim də bizimlə eyni fikirdədir.
- Mingəçevirdə baza tikməyi planlaşdırırsınız?
- Akademiya üçün lazımi şərait yaradılacaq. Orada fitness zalı da olacaq, otel də. Regionlardan uşaqları cəlb edəcəyik, məhz orada məskunlaşacaqlar. Qidalanmalarına ciddi yanaşacağıq. İdmançı lazımi qaydada bəslənməlidirlər ki, ondan tələb etdiyimizi ala bilək. Uşaqları 24 saat nəzarət altında saxlayacağıq.
- Qeyd olundu ki, ASTA-nın namizədləri arasında Mingəçevirlə yanaşı, digər bölgələr də var idi...
- Digər bölgələr də olmuşdu, amma ilk gündən Mingəçevir variantına üstünlük vermişik. Tural müəllimin (Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev nəzərdə tutulur - red.) çox böyük əziyyəti var. Bzimlə birgə bütün rayonları gəzdi. Bir gündə 750-800 km məsafə qət etmişik. O, canla-başla çalışırdı. Mən bakılı olsam da, region mənim üçün çox vacibdir. Perspektivli uşaqlar çoxdur. Mingəçevirijn genofondu da güclüdür. SSRİ vaxtından olimpiya bazası olub. Oradakı 10 və 15 saylı məktəblərdə də çalışacağıq. Çünki daha əvvəl dediyim kimi, təhsil də çox önəmlidir.
- Premyer Liqaya çıxmaqla bağlı planlarınız necədir?
- Premyer Liqaya çıxmaq üçün 2 il nəzərdə tutulub. İlk növbədə bazanı, infrastrukturu yaratmaq istəyirik. Premyer Liqaya bazamız, yataqxanamız olmadan, yaxud hansısa problemlə qalxmaq istəmirik. Həmin vaxta qədər “Marset” akademiyasına yollanan ilk 20 futbolçumuz da geri qayıdacqq. Onlara ümidimiz böyükdür. Həmin uşaqlar çox peşəkardırlar. Devizimiz odur ki, hansısa işlə məşğul olursansa, 1 nömrəli olmalısan, 2-ci yox.
- Komandanın və ya ASTA-nın adı olduğu kimi qalacaq?
- Bəli, klubun adı “Mingəçevir” olaraq qalır. Eləcə də ASTA-nın. ASTA-da 5 idman növü var. Çox uğurla da fəaliyyət göstərir. Bura futbolla yanaşı, karate, tennis və s. daxildir. ASTA-nı gələcəkdə cəmiyyət kimi böyütmək istəyirik.
- 3-5 ildən sonra həm iddia, həm də büdcə baxımından “Mingəçeviri” “Qarabağ”, “Neftçi”yə rəqib kimi görə biləcəyik?
- Fikrimiz rəqib olmaqdır. Amma milli kadrlarımızla. Maliyyə tərəfindən əlimizdən gələni edirik. Məqsədimiz odur ki, nə ilə məşğul olursansa, ya qalib olmalısan, ya da döyüşə getməməlisən.
- Maliyyə baxımından gözləntiləriniz nədir? Yalnız pul xərcləmək, yoxsa..?
- Gözləntimiz çoxdur. Pul xərcləmək yox, həm də ölkəmizə pul qazandırmaq istəyirik. Məqsədimiz odur ki, yerli futbolçularımızı yetişdirək və onları Avropaya təqdim edək.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
10.11.2026
09.11.2026
























