3 Avqust 2026, Bazar ertəsi
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı

Ölkə futbolu

Ukraynada oynayan futbolçu Azərbaycan klublarından təklif alıb

Azərbaycan millisinin "Polesya"da (Ukrayna) oynayan üzvü Emil Mustafayev klubunu dəyişə bilər.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Ukrayna mediası yazıb.

Bildirilib ki, Odessanın "Çernomorets" klubu 22 yaşlı yarımmüdafiəçini icarəyə götürməyi nəzərdən keçirir. Lakin bu, kluba tətbiq edilən transfer qadağası aradan qaldırıldıqdan sonra mümkün ola bilər.

Həmçinin xəbərdə qeyd olunub ki, Emilə Azərbaycan klublarından da təklif gəlib. Mustafayevin artıq həm Azərbaycan millisində, həm də Ukrayna klublarında təcrübəsi var ki, bu da onu bir neçə komanda üçün cəlbedici namizədə çevirir.

Qeyd edək ki, Emil ötən ilin mart ayından Azərbaycanın əsas millisində oynamağa başlayıb. O, klub karyerasında isə daha əvvəl Ukraynanın "Oleksandriya" komandasının formasını geyinib. Mustafayev cari mövsümdə "Polesya"nın heyətində 12 matça çıxıb, 1 qolun ötürməsini verib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31