Ölkə futbolu
Bir kluba qurban verilən milli
Son günlər Azərbaycan futbolunda əsas müzakirə mövzularından biri də Premyer Liqamızdakı legioner limitinin ləğvidir. Əslində, bu cür müzakirələr, söhbətlər əvvəlki illərdə də olub. Lakin görünən odur ki, bu dəfə məsələ daha ciddidir.
Sonuncu belə təşəbbüs təxminən iki il əvvəl “Sabah”ın sabiq baş məşqçisi Murad Musayevdən gəlmişdi. Çempionatda “Qarabağ”la mübarizə aparmağın mümkünsüzlüyünü anlayan rusiyalı mütəxəssis çıxış yolunu məhz legioner limitinin ləğvində görmüşdü. Əslində, bu, başadüşüləndir. “Qarabağ”ın ölkə daxilindəki rəqiblərini birbaş üstələməsinin səbəblərindən biri də məhz legioner limitidir. Reallıq odur ki, “Qarabağ” yerli futbolçuların ustalıq səviyyəsinə görə digər rəqiblərini bir yox, ən azı 2-3 dəfə üstələyir. Ölkədəki ən yaxşı yerli oyunçuların əksəriyyəti məhz Ağdam klubunda cəmləşib.
İki il əvvəl Murad Musayevin istəyinin reallaşmasına o vaxtkı AFFA rəhbərliyi icazə verməmişdi. Lakin Murad Musayev indi “Sabah”da olmasa da, onun klub rəhbər(lər)i hazırda AFFA İcraiyyə Komitəsində yer alır(lar). Heç kimə sirr deyil ki, Balakişi Qasımov-Maqsud Adıgözəlov tandemi (xüsusən də birinci) bu gün İcraiyyə Komitəsində əsas söz sahiblərindəndirlər. Böyük ehtimalla, limitin ləğvi təklifi də məhz “Sabah” rəhbərliyindən gəlib.
Əgər limit ləğv olunsa, bu, milli komandamızın bir klubun - “Sabah”ın maraqlarına qurban verilməsi deməkdir. Halbuki son Millətlər Liqasında biabırçı çıxışla yadda qalan millimizin vəziyyəti onsuz da bərbaddır. Limitin ləğvi isə yığmamızın birdəfəlik məhvi demək olacaq. Çünki limit ləğv olunsa, bu gün məcburən hər tur meydana çıxan 40 azərbaycanlı futbolçunun ən azı yarısı yaxın gələcəkdə heyət üzünə həsrət qalacaq. Bu isə avtomatik olaraq millinin potensial üzvlərinin sayının yarıbayarı azalması deməkdir.
Son günlər bu barədə istər rəsmi, istərsə də qeyri-rəsmi söhbətlərdə həm mütəxəssislər, həm də futbolçular həyəcan təbili çalırlar. Amma xeyri olacaqmı? İndi əsas sual budur.
Həqiqətənmi düşünürsünüz ki, “Sabah”ın çempion olması üçün Azərbaycan millisini qurban verməyə dəyər? Dəyməz, inanın ki dəyməz. Bəli, limitin ləğvi klublarımızın güclənməsinə, avrokuboklarda daha yaxşı çıxış etməsinə səbəb ola bilər. Lakin unutmayaq ki, istənilən ölkənin millisi klublardan daha önəmlidir! Milli komandanı kimlərinsə marağına qurban vermək olmaz!
Futbolxeber.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
12.11.2026
11.11.2026
10.11.2026
























