Ölkə futbolu
Polşada çıxış edən həmyerlimiz: “Böyük liqalarda oynamaq ən böyük hədəfimdir”
Bu gün çox az sayda azərbaycanlı futbolçu legioner həyatı yaşayır. Renat Dadaşov, Mahir Emreli, Coşqun Diniyev, Rahil Məmmədov və digər milli üzvlərindən fərqli olaraq elə həmyerlilərimiz var ki, aşağı liqalarda çıxış etdikləri üçün daim diqqətdən kənarda qalırlar. Ona görə də 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günündə Futbolxeber.az saytı olaraq bu cür futbolçulardan biri - Həsən Hüseynlə söhbətləşmək qərarına gəldik. Elə də geniş publikaya tanış olmayan 19 yaşlı H.Hüseyn bu idman növündə ilk addımlarını vətəndə atıb. Daha sonra isə Polşaya üz tutub və bu ölkənin əvvəlcə həvəskar, indi isə aşağı liqa klubunda forma geyir. Qalanını isə gəlin öz dilindən eşidək.
- Futbola 4-5 yaşımdan marağım və sevgim olub. İlk addımlarımı “Sabahın ulduzları”nda atmışam, orda oynamışam. Sonra bir müddət çimərlik futbolunda çıxış etdim. Ardınca isə futbola olan sevgim məni "Neftçi"yə, daha sonra “Sabah”a gətirdi və 3 il bu klubda forma geydim.
- Polşaya gedişiniz necə alındı?
- 2020-ci ildə koronavirus pandemiyası dövründə Polşaya köçdüm. Buraya həm təhsil almaq, həm də futbol karyeramı davam etdirmək məqsədilə gəldim. Lakin pandemiya və bəzi bürokratik çətinliklər səbəbindən o vaxt peşəkar futbol oynamaq üçün FİFA qeydiyyatı əldə edə bilmədim. Bu da mənim rəsmi oyunlarda iştirak etməyimə mane olduru. Buna baxmayaraq, stabil məşqlərimi davam etdirdim və universitet komandasında oynadım, səylə çalışdım və həm meydanda, həm də meydandan kənarda bacarıqlarımı inkişaf etdirməyə fokuslandım. Təxminən 3 il bizim futbol dili ilə desək, Region liqasında çıxış edən Poznan şəhərinin “TPS Vinoqradi” klubunda forma geydim. 2024-cü ildə həm Poznandan Varşavaya köçdüm, həm də lisenziya məsələsi həll olundu. Hazırda 4-cü liqa təmsilçisi “Drukaç”da çıxış edirəm, təxminən 6-7 qola imza atmışam.
- Bildiyim qədər bir müddət İspaniyada da olmusan, hətta deyəsən, millimizin son toplanışına çağırılan “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Mustafa Əhmədzadə ilə bir klubda da oynamısınız. Düzdür?
- Mustafa ilə İspaniyada yox, Bakıda bir komandada oynamışıq. Onunla çox yaxşı münasibətimiz var. Bu gün də tez-tez əlaqə saxlayırıq.
- Ümumiyyətlə, Polşada potensial necədir? İrəli getmək üçün şans var?
- Dediyim kimi, hazırda “Drukaç”da çıxış edirəm. Düzdür, klubumu dəyişə, səviyyəcə bir qədər yüksək liqada da çıxış edə bilərdim. Lakin aldığım təkliflər əyalət klublarından idi. Mənsə Varşadavada qalmağa üstünlük verdim.
- Gələcəklə bağlı planlarınız necədir: geri qayıtmağı düşünürsünüz, yoxsa fikriniz ancaq xaricdə oynamaqdır?
- Hələlik diqqətimi tamamilə xaricdə oynamağa yönəltmişəm. Böyük liqalarda oynamaq ən böyük hədəfimdir. Eləcə də, hər bir futbolçu kimi milli komandamızda oynamaq mənim də arzumdur. İndiki məqamda Azərbaycana qayıtmaq barədə düşünmürəm. Açıq deyək ki, bu gün Azərbaycanda gənc futbolçulara dəyər vermirlər. Görünən odur ki, reallıqda yerli gənclərə ehtiyac duymurlar. Bu isə o deməkdir ki, perspektiv yoxdur. Ölkəmizdə daha çox legionerlərə meyl edirlər. Gənclərin inkişafı kiməsə maraqlı deyil. Odur ki, hazırda bütün diqqətimizi Avropa futboluna yönəltmişəm.
- Milli məşqçilərindən, AFFA-dan maraqlanan olub bu günə qədər?
- Xeyr, bu günə qədər aşağı yaş qrupları üzrə milli komandaların məşqçiləri və AFFA tərəfindən mənimlə maraqlanan olmayıb.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Yankoviç “Turan Tovuz”da
- Elvin Camalov “Neftçi”dən getdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
- “Neftçi” "İmişli"ni məğlub etdi
- "Barselona" - "Rayo Valyekano" matçında 7 qol
-
16:49
Formula 1 Azərbaycan Qran-prisinin qalibi məlum oldu
-
16:00
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
-
15:51
"Formula 1": Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib
-
14:27
"Formula 1" üzrə Azərbaycan Qran-prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
12:38
“Neftçi”nin üzvü Hondurasa qol vurdu, komandası qalib gəldi VİDEO
-
12:09
"Formula 2": Rafael Kamara Bakıda qalib oldu
-
11:45
"Qarabağ"ın legioneri millisinə qələbə qazandırdı VİDEO
-
11:23
“Neftçi”nin yarımmüdafiəçisi Burkina Fasodan 1 xalla qayıtdı
-
10:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:32
Boks millimiz Avropa çempionatında tarixi nailiyyətə imza atıb
-
10:17
“Qarabağ” və “Zirə”nin futbolçuları Seneqala qarşı oynadılar
-
10:00
Türkiyə öz meydanında Fransaya uduzdu VİDEO
-
09:41
"Zirə" də Çempionlar Liqası ilə vidalaşdı
-
09:24
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
-
23:18
Daha bir boksçumuz Avropa çempionu oldu
-
23:05
Mikels qardaşlarından dubl, sabiq “Sumqayıt”lıdan təsəlli qolu
-
21:39
Bir təbrikə dəymədi?..
-
20:54
Rafael Utsiq yenidən “Qəbələ”də
-
19:42
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
-
19:26
Gimnastları dünya çempionatının finalına yüksəliblər
-
18:17
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
-
18:00
Dudek “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
17:38
Çempionlar Liqası: “Birbaşa Bakı” uduzdu, "Zirə” 1/4 finalda
-
17:01
"LANDAU Lions"da yeni təyinat
-
16:23
“Şahdağ Qusar”dan 8 qollu qələbə
-
15:49
I Liqa klubunda baş məşqçi istefası
-
14:35
“Zirə”dən ayrılan legioner yenidən Azərbaycana qayıtdı
-
13:52
"Sumqayıt" ingiltərəli legionerlə gücləndi
-
13:24
Litva - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
-
13:09
Atletika Federasiyasında məşqçilər üçün seminar başa çatıb
-
12:46
Ülkər Umudova FİDE-nin xüsusi mükafatına layiq görülüb
-
12:17
“Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb
-
12:00
Azərbaycan Qran-prisinin yubiley yarışında autizmli gənclər üçün Paddok turu keçirilib
-
11:38
“Mingəçevir Reqatası-2026”ya giriş sərbəst olacaq
-
11:21
Kannavaro 7 əvəzetmə etdi, “Sabah”ın legionerinə ehtiyac duyulmadı
-
10:53
Litva millimizlə oyundan əvvəl qələbə qazandı
-
10:15
Niderland sonra məğlubiyyətdən qaçdı VİDEO
-
10:02
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:44
Azərbaycan Qran-Prisində 2-ci gün
-
23:16
"Neftçi" hazırlıqları bərpa etdi FOTOLENT
-
22:45
"Zirə"nin legioneri əməliyyat olundu
-
21:59
Boksçumuz Avropa çempionu oldu
-
20:28
"Qarabağ"ın bugünkü məşqindən FOTOLENT
-
19:30
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
-
18:44
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
-
18:17
II Liqada hakim təyinatları
-
17:51
“LANDAU Lions”da məşqçi təyinatı
-
17:02
Alabanın İtaliya klubuna keçidi rəsmiləşdi
-
16:36
Çimərlik güləşi üzrə milimiz Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq
-
16:13
"Sumqayıt"dan növbəti transfer
26.09.2026
25.09.2026
24.09.2026
























