19 Iyun 2026, Cümə
“Qarabağ” “Zirə” ilə qarşılaşacaq
"Qarabağ"dan daha bir transfer
ÇL: "Sabah"ın püşkdə yenə bəxti gətirdi
Cəlal Rumıniya klubunda

Ölkə futbolu

“Neftçi”dən antirekord

“Neftçi” Azərbaycan Premyer Liqasının 2024/25 mövsümündə səfər qələbəsi qazanmayıb.

Futbolxeber.az saytının məlumatına görə, Bakı klubu 9 qarşılaşmada 5 heç-heçə edib və 4 dəfə uduzub.

“Ağ-qaralar” rəqib meydanında sonuncu dəfə ötən mövsümün son səfərində 3 xal qazanıb. Mayın 18-də “Səbail”lə görüşən “Neftçi” üç cavabsız qol vurub.

Ardınca “Səbail” (1:1), “Araz-Naxçıvan” (1:1), “Şamaxı” (0:0), “Zirə” (0:2), “Qarabağ” (0:4), “Kəpəz” (3:4), “Sabah” (0:0), “Sumqayıt” (0:2) və “Turan Tovuz”un (1:1) qonağı olan paytaxt təmsilçisi 9 matçdan ibarət qələbəsizlik seriyası yaşayıb. Bu, klubun tarixində yeni antirekorddur.

“Neftçi”nin səfərdəki ən uzun qələbəsiz oyunlar seriyası 8 matçdan ibarət idi. 2016-cı ilin avqustundan 2017-ci ilin fevralına qədər olan müddətdə 8 qarşılaşmada 1 heç-heçə və 7 məğlubiyyət qeydə alınıb.

Qeyd edək ki, “Neftçi” XVIII turda Tovuz səfərindən bir xalla dönüb - 1:1 (pfl.az).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30