Ölkə futbolu
Taksi sürücüsünün üsyanı: “Neftçi”nin formasının haqqını verin!
Dünən “Səbail” - “Araz-Naxçıvan” oyunundan çıxıb həmkarlarım - Mirbağır Cəfərli və Mehman Süleymanovla birgə taksi ilə evə qayıdırdıq. Təbii ki, bir maşında 3 idman jurnalisti varsa, söhbət yalnız futbol ola bilər. “Əl Oyunları”na çatanda ortayaşlı taksi sürücüsü də bizə qoşuldu.
- Belə görürəm, futbol sahəsində çalışırsınız. Olar sizə bir sual verim?
- Əlbəttə, buyurun.
- “Neftçi” niyə bu vəziyyətdədir?
Bu sualdan sonra söhbətimiz daha da qızışdı. Necə deyərlər, trio çevrildi oldu kvartet. Hərə öz fikrini dedi. Bizim cavablarımızın sürücünü nə qədər qane edib-etmədiyini bilmirəm, amma bildiyim odur ki, yol yoldaşımızın ürəyi dolu idi.
Məlum oldu ki, sürücü qatı “Neftçi” azarkeşidir və komandanın indiki durumu onun üçün əməlli-başlı ürək ağrısına çevrilib: “Bəzən elə olur ki, “Neftçi”nin oyunundan sonra oturduğum yerdən ayağa qalxa bilmirəm. Yalnız evdəkilərin verdiyi ürək dərmanını içəndən sonra özümə gəlirəm. “Neftçi” mənim üçün dərdə çevrilib. Nəyə görə “Neftçi” bu gün 7-8-ci yerlərdədir? Bu, biabırçılıqdır”.
Həmsöhbətimiz dedi ki, “Qarabağ”dan alınan sonuncu məğlubiyyətdən sonra 5-6 gün keçsə də, hələ də özünə gəlməyib: “Mən başa düşə bilmirəm. Necə bu cür acizanə şəkildə uduzmaq olar? Sanki futbolçular meydana gəzməyə çıxıblar. Belə görünür ki, məğlubiyyət heç veclərinə də deyil. Niyə geydikləri formanın haqqını vermirlər? “Neftçi”nin adını, dəyərini dərk etmirlər. Kim ki meydanda canını qoymur, komandadan qovmaq lazımdır. Qoy 18-19 yaşlı cavanlar oynasın. Bilək ki, heç olmasa gələn il Samir Abasov normal komanda quracaq. Vallah “Neftçi” bizi xəstə edib...”
Bayıldan “Xalqlar dostluğu”na qədər bir xeyli söhbət etdik. Ağsaqqal ürəyini boşaltdı, biz də dinlədik. Bütün danışdıqlarımızı yazıb sizi yormaq istəmirəm. Qısa onu deyim ki, bir daha əmin oldum - “Neftçi” bu ölkənin flaqmanıdır. Bu gün komandanı stadionda cəmi 300-500 nəfər dəstəkləsə də, ekran qarşısında “Neftçi” üçün ürəyi yananların sayı on yox, yüz minlərlədir. Və komandanın indiki durumu həmin insanlar üçün ürəkağrısıdır. Kaş ki “Neftçi”nin futbolçuları geydikləri formanın dəyərini anlaya, haqqını verərdilər. Onlar “Neftçi”ni həmin sürücünün sevdiyinin çox demirəm, əllicə faizi qədər sevərdilər. Bax onda əsl “Neftçi”ni görərdik...
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “Turan” “Mladost”u məğlub etdi
- 13-cü turun oyun cədvəli açıqlandı
- Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
- Zirədə dramatik oyun
- "Zirə” də xal itirdi, "Qarabağ" da
-
16:00
Ammar Baxşalıyev batut gimnastikası üzrə dünya çempionatının finalına yüksəlib
-
15:42
Portuqaliya millisi son 12 ildə belə uduzmamışdı
-
15:26
Ukrayna millisinin baş məşqçisi Kaşukun debütunu dəyərləndirdi
-
15:05
İnfantino yenidən FİFA prezident seçilir: 180-dən çox federasiya ona səs verəcək
-
14:33
Kurçinin yeni klubu müəyyənləşdi
-
14:14
Tağızadə Sloveniyada növbəti oyununa çıxdı
-
13:41
“Yuventus”un müdafiə xəttinə 3 namizəd
-
12:57
"Sumqayıt" məşqlərini davam etdirir FOTOLENT
-
12:28
Kaşuk Ukrayna millisində debüt etdi
-
12:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:32
“Qarabağ”ın qapıçısı Qyökereşin penaltilərinin qarşısını ala bilmədi
-
11:16
Gürcüstan öz meydanında Macarıstana uduzdu VİDEO
-
11:00
Bir qələbədən daha artığı
-
10:45
Kosovo - İsrail matçında qalib aşkarlanmadı VİDEO
-
10:23
“Qarabağ”ın vingeri Meksika millisinə qol vurdu
-
09:54
Azərbaycan gimnastları Çindəki yarışda bürünc medal qazanıblar
-
09:31
Danimarka millisi Portuqaliyanı darmadağın etdi VİDEO
-
09:17
“Sumqayıt”ın kapitanı “SAFF Championship 2026”nın finalında
-
22:43
Keçən dəfə ikisinə 14, bu dəfə hərəsinə 4
-
20:39
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat aldı
-
19:11
“Milan” Rabyoya yeni müqavilə təklif etdi
-
19:00
U-21 yığmamız Omanı məğlub etdi
-
18:28
Xavi: “Almaniya ilə oyun bizim üçün ciddi test olacaq”
-
17:57
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb
-
17:12
Dadaşovun komandası 13 gün sonra yekunlaşan görüşdə qələbə qazandı
-
16:46
Basketbol millimiz İrlandiyaya uduzdu
-
16:35
“Şahdağ Qusar” “Şəfa”ya qalib gəldi
-
15:24
Region cüdoçuları üçün "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirilib
-
15:03
“Turan Tovuz”un qapıçısından inamlı oyun, komandası finalda
-
14:19
Salah rekorda imza atdı
-
13:51
Rövşən Nəcəf millimizi təbrik etdi
-
12:48
“Mançester Yunayted” Poçettinonun təyinatı üçün 12 milyon dollar xərcləyib
-
12:27
"Neftçi"nin sabiq futbolçusu Braziliya klubunda
-
12:00
Mutsinzi və Mikels Malidə məyus oldular
-
11:32
İtaliya millisinin heyətində itki
-
11:16
Ronaldonun oğlu Portuqaliyanın U-17 millisində debüt etdi
-
10:54
Argentina öz meydanında Uruqvaya uduzdu VİDEO
-
10:25
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:03
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub
-
09:41
Marandiçi yenə Pokatilov üzərində qələbəyə sevindi
-
09:19
Millimizin qələbəsi VİDEO
-
09:00
“Qarabağ”ın müdafiəçisi 90 dəqiqə meydanda oldu
-
02:27
Ayxan Abbasov: “90+6-cı dəqiqədə Emilə deyə bilmərik ki, oyunu tez başlat”
-
01:38
Millimiz Lixtenşteynə qalib gəldi
-
22:52
Lixtenşteyn - Azərbaycan: Heyətlər açıqlandı
-
20:35
Krivostyuk heyətdən çıxarıldı
-
19:41
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər
-
18:24
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
18:00
Samir Abasov: “Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşədir"
-
17:37
Asim Xudiyev yeni təyinat alıb
15.11.2026
14.11.2026
13.11.2026
























