13 May 2026, Çərşənbə
Yuri Vernidubdan qələbə şərhi
Berdiyev: “Heyət güclənməlidir”
“Qalib gəlmək üçün ölməlisən”
"Sumqayıt"ın futbolçusu mükafatlandırıldı

Ölkə futbolu

AFFA 4 klubu cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, iclasda Azərbaycan Premyer Liqasının 14-cü turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Səbail” - “Qarabağ” oyununda “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.

Matçın 62-ci dəqiqəsində “Səbail”in azarkeşləri tərəfindən lazer işıqdan istifadə edildiyinə görə klub 500 manat cərimələnib.

Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Bakı təmsilçisi 800 manat cərimə edilib.

“Neftçi” - “Zirə” oyununun fasiləsində meydançaya kənar şəxslər daxil olduğuna görə “ağ-qaralar” 800 manat cərimələnib.

“Turan Tovuz” - “Sabah” görüşündə qonaqların 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.

“Sumqayıt” - “Şamaxı” oyununun 78-ci dəqiqəsində yerli azarkeşlər tərəfindən meydançaya kənar əşyalar atıldığına görə klub 800 manat cərimələnib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31