13 Sentyabr 2025, Şənbə
“Mövzuya bir daha qayıtmayacağam”
"Səbail" qələbə ilə başladı
Elmar Baxşıyevdən qələbə şərhi
"Səbail"dən hücumçu transferi

Ölkə futbolu

Avropa Liqası: Əliyar Ağayev “Qarabağ”ın rəqibinin oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, o, Macarıstanda yerli “Ferentsvaroş” və İsveç təmsilçisi “Malmö” arasında keçiriləcək V turun matçını idarə edəcək.

Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Noyabrın 28-də Budapeşt şəhərində yerləşən “Ferentsvaroş” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Qeyd edək ki, “Malmö” UEFA Avropa Liqasında “Qarabağ”ın rəqibləri arasında idi. Tərəflər arasında Bakıda keçirilən matç Ağdam klubunun 1:2 hesablı yenilgisi ilə başa çatıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30