13 Sentyabr 2025, Şənbə
“Mövzuya bir daha qayıtmayacağam”
"Səbail" qələbə ilə başladı
Elmar Baxşıyevdən qələbə şərhi
"Səbail"dən hücumçu transferi

Ölkə futbolu

Azərbaycan millisindən biabırçı nəticə - D Liqasına düşdük

Azərbaycan milli komandası Millətlər Liqasının son - 6-cı turunda İsveçə 0:6 hesabı ilə uduzub.
 
Futbolxeber.az saytının məlumatına görə, C Liqasında mübarizə aparan yığmamız qrupu 1 xalla sonuncu - 4-cü pillədə başa vurub. 
 
C liqasında qrup sonuncusu olan 4 komandadan daha pis nəticə göstərən 2-si D liqasına birbaşa düşür. Yarışın əsasnaməsinə görə, D liqasının 2 ən güclü komandası isə C liqasına yüksəlir. C liqasında qrup sonuncusu olan ən yaxşı nəticəyə malik 2 milli isə D liqasının 2 qrup ikincisi ilə 2 matçdan ibarət pley-off görüşü keçirəcək (evdə və səfərdə).
 
Azərbaycan millisi C liqasında ən pis nəticəyə malik komandalardan biri kimi birbaşa D liqasına düşüb. D liqasına birbaşa yuvarlanan digər komanda isə Litvadır (6 oyun, 0 xal). 
 
Latviya və Lüksemburq isə  D liqasının 2 qrup ikincisi ilə - Malta və Cəbəllütariqlə 2 matçdan ibarət pley-off görüşü keçirəcək.
 
Azərbaycan yığması budəfəki Millətlər Liqasının qrup mərhələsində cəmi 3 qol vurub, 17 qol buraxıb. Bugünkü oyunadək komanda Slovakiyaya 1:3 və 0:2 hesabı ilə uduzub. Millimiz Estoniya ilə ilk görüşdə 1:3 hesabı ilə məğlub olub, son matçında 0:0 hesablı heç-heçə edib. Həmçinin Azərbaycan İsveçlə ilk görüşündə 1:3 hesabı ilə uduzub.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30