Ölkə futbolu
Qara Qarayev: “İdmançı kimi, insan kimi keçdiyim yolda bu şeyləri haqq etmirəm”
“Araz-Naxçıvan”ın yeni transferi Qara Qarayevin Futbolxeber.az saytına müsahibəsi
- Meydana çıxmasan da, “Araz-Naxçıvan”dakı ilk oyununda “Neftçi” üzərində qələbəyə sevindin. Təəssüratların necədir?
- Uzun müddətdir məşq etmirdim. Elmar müəllim sağ olsun, özgüvən verir mənə. Komandaya yeni qoşulmuşam. Qələbə münasibəti ilə kollektivi təbrik edirəm. Açıq deyim ki, “Araz-Naxçıvan”a gəldikdən sonra gördüm ki, klubdakı atmosfer möhtəşəmdir. Bu da mənim geridönüşüm üçün müsbət məqamdır.
- Adaptasiya prosesi necə keçir?
- Müəyyən ağrılarım var idi. Ağrılar olmasa, adaptasiya dövrü daha qısa çəkəcək. Hazırda məşqləri 60-70 faiz tam edə bilirəm.
- “Araz-Naxçıvan”a keçidinin məhz bu günlərdə açıqlanması “Neftçi ilə oyuna görə idi? Çünki danışıqların uzun müddət getdiyi deyilirdi...
- Yox, bu, təsadüfən belə alındı. Məni Elmar müəllim yığdı, həmin gün də elə razılaşdıq. Sırf “Neftçi” ilə oyuna görə düşüncəsi yox idi.
- Ölkə xaricindən də təklif aldığın deyilirdi...
- Düşdüyüm situasiya pis idi. Fərqli vəziyyət olsaydı, daha yaxşı təkliflər alardım. Uzun müddət “Neftçi”də oynamamaq, əvəzedici heyətə göndərilmək, sonra da klubdan ayrılmaq... Bundan sonra hansısa klubdan təklif almaq çətin idi. Bu, yaradılan situasiya ilə bağlı çətinlik idi. Vaxtında desəydilər, fərqli olardı. Halbuki Avropadan da təklifim var idi. Amma mən bundan imtina etdim. Sonra isə klub məni yarıyolda qoydu və belə vəziyyət yarandı.
- Meydana çıxmasan da, yeni komandandakı ilk oyununda səni yarıyolda qoyanlar üzərində qələbə necə təsir bağışladı?
- Bu barədə düşünmürəm. Hər kəsdən də xahiş edirəm ki, mənə keçmişlə bağlı heç nə xatırlatmasınlar. Keçmişi heç düşünmürəm. Vicdani tərəfdən rahatam. İstənilən şəxsin qarşısında öz vəziyyətimi, öz haqqımı müdafiə etmək iqtidarındayam. Karyeram ərzində hər zaman vicdanla çalışmışam. Harda olmuşamsa, komandam üçün ən yaxşısını etmişəm.
- Artıq “Araz-Naxçıvan”da 1-2 məşqə çıxmısan. Necə düşünürsən, tam gücünü bərpa etmək üçün neçə tur, neçə müddət lazımdır?
- Elmar müəllim də deyir “tez ol, tez ol” (gülür). Lakin bu, fizioloji prosesdir. Artıq iki aydır yalnız fərdi məşqlərdə kifayətlənirdim. Buna görə də bir qədər zamana ehtiyac var. Ümid edirəm ki, tez bərpa olub, komandaya kömək edəcəm.
- Necə düşünürsən, yayda səni “Araz-Naxçıvan”ın heyətində avrokuboklarda görə biləcəyik?
- Heç vaxt idmanda vəd verməmişəm. Hər dəfə növbəti oyunu düşünmək lazımdır.
- Yaxşı, onda sualı belə qoyaq - “Araz-Naxçıvan”ın potensialı bu mövsüm avrokuboklara vəsiqə qazanmağa imkan verir?
- Məncə, bunu siz jurnalistlər, yaxud mütəxəssislər şərh etsələr, daha yaxşı olar. İndiki məqamda əsas hədəf gələn oyundur.
- Son zamanlar mətbuatda sənin haqqında çox xəbərlər tirajlandı. Gah “Turan Tovuz” və “Sabah”la razılıq əldə edə bilmədiyin deyildi, gah da karyeranı başa vurduğun. Ümumi olaraq bütün bunları necə şərh edərdin?
- Bəzi şeylər şayiə idi. Ümumiyyətlə, son zamanlarda mediada haqqımda olmayan çox şey yazıldı. Bu gün də davam edirlər yazmağa. Bilmirəm, bu, “qara piar”dır, ya nə etmək istəyirlər, anlamıram. Açıq deyim ki, “Neftçi”dən ayrıldıqdan sonra “Araz-Naxçıvan”dan başqa heç kimdən təklif gəlməyib. Telefonum açıq idi. Yalnız “Araz-Naxçıvan”dan zəng gəldi. Bu klubla heç bir şərt də müzakirə etməmişik. Yalnız rəsmi sənədə qol çəkəndə bildim ki, aylıq maaşım nə qədərdir. İndiki məqamda vacib olan mənə inanmaqdır. Bəzi media qurumları müəyyən məbləğlər yazırlar. Yazmağın mənası nədir, nə etmək istəyirlər? İdmançı kimi, insan kimi keçdiyim yolda bu şeyləri haqq eləmirəm. Mənə qarşı təzyiq göstərmək lazım deyil. Həmin jurnalistlərə sual vermək istəyirəm: bu xəbəri hardan almısınız, hansı mənbədən? Dəqiq olmayan xəbəri necə yaza bilirsiniz? Vicdanım rahatdır. İstənilən adamla özüm haqda danışa bilərəm. Harda olmuşamsa, ləyaqətlə üzərimə düşəni etmişəm. Hər kəsə də uğurlar arzulayıram.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
-
09:42
"Real" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
02.11.2026
01.11.2026
























