28 Oktyabr 2025, Çərşənbə axşamı
Millimiz Qazaxıstana qalib gəldi
Samir Abasovdan qələbə şərhi
Sadıqov: “Çox vacib 3 xal qazandıq”
“İkinci hissədə biz daha üstün idik”

Ölkə futbolu

Azərbaycan Premyer Liqasında mövsümün ikinci məhsuldarlılığı qeydə alınıb

Azərbaycan Premyer Liqasının X turunda 2024/2025 mövsümünün ikinci məhsuldarlığı qeydə alınıb.
 
Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, X turda 18 qol vurulub.
 
“Sumqayıt” - “Turan Tovuz” oyununda altı (2:4), “Kəpəz” - “Qarabağ” matçında beş (0:5), “Neftçi” - “Səbail” görüşündə dörd (3:1) qol qeydə alınıb. Digər iki qarşılaşmada məhsuldarlıq aşağı olub. “Zirə” - “Sabah” oyunu 1:1 hesabı ilə bitibsə, “Şamaxı” - “Araz-Naxçıvan” görüşündə yeganə topa qonaq komanda imza atıb.
 
Beş oyunda 18 qolun vurulduğu turda orta məhsuldarlıq 3,60-a bərabər olub. Bu, mövsümün ikinci göstəricisidir. Yalnız VIII turda daha çox - 19 qol vurulub.
 
Qeyd edək ki, mövsümdə 4-cü dəfə orta məhsuldarlığın 3-dən yuxarı olması qeydə alınıb. Bu rəqəm VIII turda 3,80, VII turda 3,40, ilk oyun həftəsində 3,20 olub.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31