Ölkə futbolu
Santuş bəhanələrinə davam etdi: “Bunu biabırçı məğlubiyyət adlandırmazdım”
Azərbaycan milli komandası UEFA Millətlər Liqası qrup mərhələsinin 4-cü turunda öz meydanında Slovakiyaya 1:3 hesabı ilə məğlub olub. Futbolxeber.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Fernandu Santuş oyundan sonrda keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Azərbaycan millisinin biabırçı məğlubiyyətlərinə görə öz reputasiyanızı korlamırsınız?
- Oyunun ilk dəqiqələrindən 68-ci dəqiqəyə qədər yaxşı performans göstərdik. Bu cür vəziyyətlərdə bəxt amili də rəqibin tərəfində idi. Qırmızı vərəqə qırılma nöqtəsi oldu. Ondan sonra üstünlüyü ələ almaq, oyunun taleyini dəyişmək daha çətin idi. Real qol imkanlarımız olsa da, cəmi birindən yararlandıq.
- Sualın cavabı bu deyil axı...
- Bunu biabırçı məğlubiyyət adlandırmazdım. Yaxşılaşdırmalı olduğumuz elementlər var. Bu cür adlandırmağınızı istəməzdim.
- Qırmızı vərəqə epizodunda səhv ötürmə verən Rahil Məmmədov günahkardır, yoxsa Mahir Emreli?
- Fərdi olaraq futbolçularda səhv axtarmağa nə var ki? Futbolçuların fərdi səhvlərindən danışmağı xoşlamıram. İlk sarı vərəqədən sonra problem başlamışdı. Hakimin qərarı qərəzli idi. Amma bu, hakimin qərarıdır.
- Mahir Emrelinin qırmızı vərəqə ilə cəzalandırılması kənardan məsuliyyətsizlik kimi görünürdü, amma siz bəxtlə əlaqələndirdiniz. Azərbaycana böyük layihə üçün gəldiyinizi deyirsiniz. Bu futbolçularla həmin layihəni reallaşdıracağınıza inanırsınız?
- Bir ildən sonra bu layihə haqda danışacağıq. Hələ ki vədə yetişməyib. Müsahibələrimdə demişəm ki, qısa zamanda reallaşacaq layihə deyil. 2028-ci ilə qədər bu layihə davam edəcək. Bir neçə ildən sonra komandamız normal rəqibə qarşı istənilən səviyyədə oynaya biləcək. Hələ ki heç bir il keçməyib. Komandada potensial görürəm. Bizə zaman lazımdır.
- Ardıcıl 4-cü məğlubiyyəti biabırçı hesab saymırsınız. Bəs Azərbaycan millisi Millətlər Liqasında ən zəiflərin yer aldığı D liqasına düşsə, bunu biabırçı nəticə hesab edəcəksiniz?
- İnanmıram ki, aşağı düşək. Məqsədimiz gələcəkdə daha yaxşı futbol nümayiş etdirməkdir. Əlbəttə ki, hazırkı vəziyyətdə D liqasına düşəcəyimizə inanmıram. Sona qədər mübarizə aparmaq istəyirik.
- Aşağı yaş qruplarından ibarət yığma komandalarımızın nəticələrindən yəqin ki, xəbərdarsız. Bəs gələcəyi kimlərlə formalaşdıracaqsınız?
- Həmin futbolçular içərisindən A milliyə qalxacaq oyunçular olacaq. Onda o haqda düşünəcəyik. 1-2 ildən sonra milli səviyyəyə yüksələcək oyunçular olacaq. Bunu hamımız birlikdə görəcəyik. A millinin məğlubiyyətlərindən sonra hazırkı vəziyyətdə məyusluq, biabırçı məğlubiyyətlər kəlməsini yaxşı anlayıram. Etiraf edək ki, komanda bu gün müsbət nəticə üçün hər şeyi etdi. 68 dəqiqə bu cür güclü rəqibə qarşı üstün oynayırdıq. Bunu səmimi qəbul etməliyik. Qırmızı vərəqə olmasaydı, nəticə başqa cür olardı. 68 dəqiqə effektiv oyun gördüm. Arzuolunmaz nəticədir. Düzgün yoldayıq. Ötən matçda 35 dəqiqə üstün idik. Bu matçda 68 dəqiqə üstün oynadıq. Bu detalları inkişaf etdirib, gələcəyə ümid etmək olar.
- İstefa vermək haqda düşünürsüz? Portuqaliya, Polşa millilərindən və "Beşiktaş"dan da müqaviləniz başa çatmamışdan əvvəl getmişdiniz...
- Siz “Beşiktaş”dakı hekayəni bilmirsiniz.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- “Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” "Zirə”yə qalib gəldi
- “Qarabağ” çempion olmaq istəyir”
- Elvin Bədəlov: “Xeyr, biz D Liqasına layiq deyilik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
- Kandido: “Qələbəyə layiq idik”
- Mahir Emreli: “İllər keçəcək, bu nəticə ayıbımız kimi yadda qalacaq”
- U-20 millimiz Moldovaya uduzdu
-
10:45
"Mançester Siti" öz meydanında uduzdu VİDEO
-
10:22
Toraldan qol ötürməsi, "Bursaspor"dan qələbə
-
10:09
Derbini "Milan" qazandı VİDEO
-
09:54
Rüfət oynadı, komandası heç-heçə etdi
-
09:31
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:17
Nəriman yenə ehtiyatda qaldı
-
09:00
“Neftçi” üçün liderlik şansı
-
22:15
Asiya Kuboku: Cüdoçularımız 5 medal qazanıblar
-
21:48
Dadaşovun komandasının oyunu yarımçıq saxlanıldı
-
21:00
"Böyük Dəbilqə": Kokauri gümüş medal qazandı
-
20:54
Bekiri: "1 xal qazanmağa layiq idik"
-
20:37
"Qəbələ" - "Qarabağ" matçında heç-heçə VİDEO
-
20:19
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
-
20:12
Qurban Qurbanov adının “Fənərbaxça” ilə hallanmasına münasibət bildirdi
-
19:23
"Zirə” də xal itirdi, "Qarabağ" da
-
19:06
"Araz-Naxçıvan" qələbəni əldən verdi VİDEO
-
18:15
Abşeron-Xızı cüdo çempionatının qalibləri bəlli olub
-
17:41
“İki xal itirməsəydik, yaxşı olardı”
-
17:28
Rəşad Sadıqov: “Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq, o da bizim başımıza gəldi"
-
16:54
"Qəbələ" - "Qarabağ": Heyətlər müəyyənləşdi
-
15:47
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
-
14:39
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
-
14:00
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
-
13:12
30 illik nağıl
-
12:56
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
-
12:23
"Sumqayıt" hazırlıqlarını davam etdirir FOTOLENT
-
11:45
Futbolun İnkişaf Fondu 10 yaşında
-
11:08
PSJ-dən 5 qollu qələbə VİDEO
-
10:34
İsa Suliman: “Kapitan sarğısının mənə verilməsi klubun jesti idi”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Qalatasaray"dan darmadağın VİDEO
-
23:09
"Turan tovuz" 3 xalı 3 qolla qazandı VİDEO
-
22:51
Azərbaycan cüdoçusu İtaliyada Avropa çempionu olub
-
21:44
Prezident İlham Əliyev İspaniya millisini belə mükafatlandırdı FOTOLENT
-
21:17
Kurban Berdıyevdan qələbə şərhi
-
20:25
“Turan Tovuz” “Sabah”ı məğlub etdi
-
19:36
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
-
19:00
İspaniya millisi Bakıda dünya çempionu oldu
-
18:42
II Liqada həftənin hakimləri
-
18:05
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
-
17:18
Tovuzda heyətlər açıqlandı
-
16:59
Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
-
16:33
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
-
15:24
Sabiq “Sumqayıt”lı Hindistan klubunda
-
14:41
AMADA antidopinq təhsilində süni intellektin tətbiqi ilə bağlı beynəlxalq vebinarda təmsil olunub
-
14:15
Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb
-
13:57
Famil Xəlilov: “Əsas işi klublar görməlidir”
-
12:36
DÇ: Millimiz Əfqanıstana uduzdu, 84-cü oldu
-
12:00
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
11:25
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
01.11.2026
31.10.2026
30.10.2026
Arxiv
| Noyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |
























