9 Avqust 2026, Bazar günü
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

II Liqa klubları cərimələndi

AFFA İntizam Komitəsinin iclası keçirlib.

Futbolxeber.az saytının məlumatına görə, iclasda II Liqanın V turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

30 sentyabr 2024-cü il tarixində II Liqanın V turunun “Qusar” - “Şimal” oyununun matçöncəsi iclasında qonaq komandanın nümayəndəsi iştirak etmədiyinə görə “Şimal” komandası 80 manat cərimə edilir (maddə 73.1);

1 oktyabr 2024-cü il tarixində II Liqanın V turunun “Dinamo” - “Kür-Araz” oyununda “Kür-Araz” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə “Kür-Araz” komandası 100 manat cərimə edilir (maddə 91); 

1 oktyabr 2024-cü il tarixində II Liqanın V turunun “Dinamo” - “Kür-Araz” oyununda “Kür-Araz” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Kür-Araz” komandası 70 manat cərimə edilir (maddə 37);

2 oktyabr 2024-cü il tarixində II Liqanın V turunun “Göygöl” - “Sheki City” oyununda “Göygöl” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Göygöl” komandası 70 manat cərimə edilir (maddə 37);

2 oktyabr 2024-cü il tarixində II Liqanın V turunun “Göygöl” - “Sheki City” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Göygöl” komandası 80 manat cərimə edilir (maddə 51.2).








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31