11 Avqust 2026, Çərşənbə axşamı
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi

Ölkə futbolu

Premyer Liqada 20 ildə ilk dəfə

“Kəpəz” Azərbaycan Premyer Liqasının 2024/25 mövsümünə 7 məğlubiyyətlə başlayıb.

Futbolxeber.az saytının PFL-ə istinadən verdiyi məlumata görə, bu, son 20 ildə ilk belə hadisədir.

Startda ardıcıl 7 məğlubiyyət alan sonuncu komanda “Şəfa” idi. Bakı klubu 2004/05 mövsümündə bu qədər görüşdə xal qazanmayıb.

Azərbaycan çempionatları tarixində ümumilikdə 6-cı dəfə bir komanda mövsümün ilk 7 oyununu xalsız başa vurub. “Şəfa” və “Kəpəz”dən əvvəl Kürdəmir “Şirvan”ı 1992, Sumqayıt “Xəzər”i 1994/95, “Şəmkir” 1996/97, Quba “Şahdağ”ı 2000/01 mövsümümdə belə uğursuzluq yaşayıb.

Qeyd edək ki, “Kəpəz” yeddinci məğlubiyyətini “Şamaxı” ilə matçda alıb - 0:2.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31