11 Avqust 2026, Çərşənbə axşamı
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi

Ölkə futbolu

Azərbaycan millisi Türkiyəyə yollanacaq

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sentyabrın 25-dən 28-dək Bakıda təlim-məşq toplanışı keçəcək.
 
Futbolxeber.az saytının məlumatına görə, millimiz sentyabrın 29-dan oktyabrın 7-dək Türkiyə Futbol Federasiyasının təşkilatçılığı ilə Ərzurum şəhərində baş tutacaq “U-16 Türkdilli Ölkələr Turniri”ndə mübarizə aparacaq.
 
Ərzurum Yüksək İrtifa Təlim-Məşq Mərkəzində təşkil olunacaq yarışda Türkiyə, Azərbaycan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və qonaq qismində Gürcüstan komandası iştirak edəcək. Komandalar iki qrupda mübarizə aparacaqlar. U-16 millimiz A qrupunda Türkmənistan və Türkiyə yığmaları ilə qarşılaşacaq.
 
Qrup qalibləri birinci yer uğrunda, ikinci yeri tutanlar üçüncü yer uğrunda, üçüncü pillənin sahibləri isə beşinci yer uğrunda görüşdə bir-biriləri ilə qarşılaşacaqlar. Həlledici matçlar oktyabrın 6-da keçiriləcək.
 
Millimizin oyunların təqvimini diqqətinizə çatdırırıq:
 
2 oktyabr
16:00. Türkmənistan  – Azərbaycan
 
4 oktyabr
16:00. Azərbaycan  – Türkiyə
 
Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31