30 Oktyabr 2025, Cümə axşamı
Millimiz Qazaxıstana qalib gəldi
Samir Abasovdan qələbə şərhi
Sadıqov: “Çox vacib 3 xal qazandıq”
“İkinci hissədə biz daha üstün idik”

Ölkə futbolu

Şuaybu "Qəbələ"nin tarixinə düşdü

"Qəbələ” tarixində 900-cü qolu vurub.

Futbolxeber.az saytının məlumatına görə, bu, I Liqanın II turuna təsadüf edib.

“Qırmızı-qaralar” “Qaradağ Lökbatan”la səfərdə keçirilən matça qədər bütün turnirlərdə ümumilikdə 895 qol vurub. Bu görüşdəki 5-ci top klub tarixində 900-cü olub. Yubiley qoluna penaltini dəqiq yerinə yetirən Abdullahi Şuaybu imza atıb.
 
900 qoldan 643-ü Premyer Liqa, 138-i ölkə kuboku, 77-si I Liqa, 42-si avrokuboklarda vurulub.
 
Şuaybunun vurduğu top həm də səfər matçlarında 400-cü olub. “Qırmızı-qaralar” Premyer Liqada 301, ölkə kubokunda 53, I Liqada 31, avrokuboklarda 15 dəfə meydan sahiblərinin qapısına yol tapıb.
 
Qeyd edək ki, “Qəbələ”nin tarixində ilk qol 2005-ci il sentyabrın 21-də vurulub. I Liqada debüt mövsümünün ilk turunun “Şərur”la ev görüşündə 8:0 hesabı ilə qalib gələn komandamızın ilk topuna avtoqol müəllifi olan rəqib oyunçu İlqar İbrahimov imza atıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31