Ölkə futbolu
Qurban Qurbanovdan qələbə şərhi
“Fürsətdən istifadə edib "Zirə"nin bütün kollektivinə, Rəşad Sadıqova, rəhbərliyinə təşəkkür etmək istəyirəm. Avrokuboklarda ölkəmizin reytinqinə nə qədər xallar əlavə etdilər. Bu, Azərbaycan futbolu üçün böyük işdir. Çox böyük təcrübə topladılar, yeni Avropa komandası yaratdılar. Azərbaycanlı olaraq təşəkkür edirəm hər birinə. Futbolçularımı təbrik edirəm. Vacib qələbə oldu”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının V turunda “Zirə”yə 3:1 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.
O, azarkeşlərin aktiv oyun izlədiklərini bildirib: “Avropa təcrübəsi çempionat oyununa fayda verdi. Üstünlüyümüz oldu. İstirahət üçün bir gün vaxtımız çox idi. "Zirə" bizdən bir gün az istirahət etdi. Daha dinamik, daha sürətli oyun olardı. Hər iki komandaya təşəkkür düşür. Azarkeşlərimizə də təşəkkür edirəm. Bakıdan kənarda olsa da, bizə dəstək oldular. Bir neçə oyunçumuz istirahət edəcək, bəziləri milliyə yollanacaq. Uğurlar arzulayıran”.
Təcrübəli mütəxəssis Avropa Liqasında yeni formatı tam dəyərləndirmədiyini söyləyib: “Maraqlı formatdır. Pley-offsuz minimum 8 oyun keçirəcəyik. Sonra necə olacaq, onu zaman göstərəcək. Maraqlıdır. 8 fərqli komandaya qarşı oynayacağıq. Azarkeşlər üçün maraqlı olacaq. Bizim üçün isə daha çətin olacaq. Rəqibləri oyundan-oyuna tanıyacağıq. Bu da işimizə mane ola bilər. Təqvim hamı üçün eynidir. Yaxşı komandalar var. Çempionlar Liqası səviyyəsində komandalarla qarşılaşacağıq. Sanki orada oynamağa layiqdirlər. Turnir ilk dəfə belə formatda keçirilir. Görək necə olacaq. Çalışacağıq ki, ölkəmizi layiqincə təmsil edək”.
“Qarabağ”a UEFA-dan 8,6 milyon avro pul daxil olub. Onu necə xərcləyəcəksiz?” sualını Q.Qurbanov belə cavablandırıb: “Pul elə qüvvədir ki, gəlir və həmən gedir. Futbol fəaliyyətinə baxsaq, böyük köməkdir. Amma bu, klubun bütün problemlərini həll edir demək deyil. Kənardan daha rahat görünə bilər. Minimum 4 səfərimiz var. Hərəsi nə qədər pul deməkdir. Çarter reysi var, oteli var, qonaqları var. İlboyu hər gün pul gedir, futbolçular, səfər, qidalanmaq, işçilərin maaşı. Pul köməkdir. Amma ondan daha çox xərclərimiz olur. Rəhbərliyimizi yaxşı tanıyıram. Pul "Qarabağ"dan başqa heç yerə getməyəcək. Heç bir narahatlığa səbəb yoxdur”.
O, Juninyonun sanki son matçlarda laqeyd görünməsinə fikrinə belə münasibət bildirib: “Bəzi epizodlarda hansısa diqqətsizlik olur. Amma rəqibləri də nəzərə almaq lazımdır. Ona çox ciddi yanaşırlar. Öz çempionatımızda da, avrokuboklarda da. Hər bir futbolçu ilə danışığımız olur. Futbolçu nə qədər uğurlu il keçirirsə, ona qarşı diqqət çox böyüyür. Bir yolu var, idman formasını daha da yaxşılaşdırmaq. Bunun üzərində mən başda olmaqla, məşqçilərin üzərinə böyük iş düşür. Ələlxüsus da fiziki hazırlıq üzrə məşqçilərin. Digər tərəfdən bəzən hansısa hədəfə çata bilməyəndə, əldə etməyəndə, bir az istəksizlik olur. Ola bilər ki, son iki oyunda qol vura bilmədi. ÇL-in qrupuna düşmək istəyirdi. Ola bilər ki, bu təsir etdi. Juninyonun potensialı var. Onu daha da yaxşı futbolçu etmək potensialı var. Qarşıda daha yaxşı Juninyo görəcəyik və görməliyik də”.
Mütəxəssis yeni transfer Emmanuel Addainin debütunu belə dəyərləndirib: “Normal dəyərləndirirəm. Rəqibimiz asan komanda deyildi. Addainin ilk oyunu idi. Son 3 ayda ilk matçına çıxırdı. 80 dəqiqə meydanda oldu. Bundan əvvəl öz komandasında 45 dəqiqə yoldaşlıq görüşündə iştirak etmişdi. Bir matçda da 60 dəqiqə oynamışdı. Fiziki göstəriciləri və komanda oyununa görə razı qaldım”.
Qurbanov Avropa Liqasında rəqibləri olan "Tottenhem"i canlı izləmək üçün İngiltərəyə gedəcəyini vurğulayıb: “Fikrimdə var. Biz nə qədər televiziya vasitəsilə izləsək də, canlı görmək başqadır. Oyun sistemini anlayırsan, futbolçuların sürətini, qabiliyyətini canlı görmək əlavə üstünlükdür. "Tottenhem" güclü olsa belə, onları daha da yaxından tanımaq vacibdir. Hər rəqibin oyununa baxmaq fikrindəyəm. Avropa futbolu çox sürətli inkişaf edir. İngiltərə Premyer Liqasına baxsaq, bu gün bir nömrəli liqadır. Həm sürətinə, həm dinamikasına, həm heyətlərinə görə, həm maliyyə olaraq. Ələlxüsus da ilk 7-8 komanda. "Totenhem"i, "Mançester Yunayted"i, "Arsenal"ı bir-birindən ayırmaq olmaz. Bir klubun 770 milyon avro büdcəsi varsa, çox da bu komanda haqda danışmağa ehtiyac yoxdur. Bir onu deyə bilərəm ki, çox aktiv pressinq edən komandadır. Dəlicəsinə pressinq edirlər. Təcrübəmiz var. Əgər irəli getmək istəyiriksə, onlar da yerində dayanmırlar, bizdən daha çox irəli gedirlər. Bütün struktur, futbolçuların hansı səviyyəyə gəlib çıxması yolunda o qədər işlər gedir ki, orada. Biz hələ çox uzaqlardayıq. Buna baxmayaraq, hər bir halda idmançıyıq, mübarizə aparmaq istəyirik. Təcrübəmizdən istifadə etməyə çalışırıq ki, layiqli oyun göstərək”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
13.10.2026
12.10.2026
























