5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

Sami Mmae: “Qarabağ”la oyun bizim üçün çətin keçəcək”

“Dinamo”nun futbolçusu Sami Mmae Çempionlar Liqası pley-off mərhələsinin "Qarabağ"la cavab oyunundan öncə baş tutan mətbuat konfransında iştirak edib.

Futbolxeber.az saytının məlumatına görə, mərkəz müdafiəçisi əvvəlcə görüş haqda fikirlərini açıqlayıb:

- Rəqib komanda öz doğma evində oynayır. Bu oyun bizim üçün çətin keçəcək. Bizim bütün diqqətimiz və fokusumuz matçı yaxşı səviyyədə keçirməkdir ki, növbəti mərhələlərə addım ata bilək.

- Ötən mövsüm "Dinamo" PAOK və "Sparta"ya böyük hesabla uduzmuşdu. Sabahkı oyunda belə mənzərəni təsəvvür edirsiniz?

- Özümüzə inanırıq. Gücümüzün olduğunu düşünürük. Həmin oyunlarda iştirak etməmişəm.

- "Ferentsvaroş"un heyətində "Qarabağ"a qarşı oynamısınız. Sabahkı atmosferin necə olacağını gözləyirsiniz?

- Bəli, həmin matçı xatırlayıram. Oyun çətin keçmişdi. Azarkeşlər tərəfindən "Qarabağ"a güclü dəstək var idi. Sabahkı oyunda da bunu gözləyirik.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31