Ölkə futbolu
Rüstəm Əfsərli: “İnanırıq ki, seçdiyimiz yol doğrudur”

"Neftçi"nin media üzrə koordinatoru Rüstəm Əfsərli bu gün mətbuat konfransı keçirib.
Futbolxeber.az saytının məlumatına görə, əvvəlcə jurnalistlərlə görüş barədə qısa fikirlərini açıqlayan klub rəsmisi daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Bugünkü görüş, format sizin üçün gözlənilməz ola bilər. Lakin bizim üçün gözlənilməz bir şey yoxdur. Əslində bu mətbuat konfransı ötən həftəyə planlaşdırılmışdı. Sadəcə texniki səbəblərdən alınmadı. Müxtəlif fikirlər səsləndirilir, yazılır. Bu konfransın komandanın nəticələri ilə aidiyyəti yoxdur. Çalışacağıq ki, ayda bir-iki dəfə görüşək, "Neftçi"də baş verənləri, klubun siyasətini müzakirə edək, klubun mövqeyini media nümayəndələrinə, azarkeşlərə çatdıraq. Qərara gəldik ki, həm sizi maraqlandıran, həm də azarkeşləri maraqlandıran suallara birinci mənbədən canlı yayımda cavab versək, daha məqsədəuyğun olar.
- Niyə məhz siz ilk mətbaut konfransında media qarşısına çıxdınız? Sizin işiniz media koordinatorluğudur...
- Bu, mənim vəzifə təlimatlarımdan biridir, mətbuatla ünsiyyət, işlərin koordinasiyası. Burada qeyri-adi heç nə yoxdur. Klubun fəaliyyətini, həftə ərzində klubda baş verənləri ictimaiyyətə çatdırmaq vəzifə borcumdur. Burada oturmağımın səbəbi də budur. Meydanda baş verənlərə isə baş məşqçimiz cavab verə bilər. Onu da həftədə minimum bir dəfə oyunsonrası mətbuat konfranslarında görürsünüz, suallar verirsiz. Meydandan kənardan baş verənlər, klubun fəaliyyəti, transfer siyasəti, infrasturkturla bağlı məndə tam dolğun informasiyalar var.
- Mövsümün sonunda "Neftçi" avrokuboklara vəsiqə qazana bilməsə, məsuliyyəti siz üzərinizə götürəcəksiniz?
- "Neftçi" avrokuboklara vəsiqə qazanacaq. Nəticələrə cavabdeh şəxs baş məşqçidir. Mən məsuliyyət daşıya bilmərəm. Əgər mövsümün sonunda uğur olacaqsa, bu, hamının uğuru olacaq, uğursuzluq olacaqsa, eyni qaydada hamının uğursuzluğu olacaq.
- Maraqlıdır, indiki mətbuat konfransının strukturu necə olacaqdı? Siz burada təksiz. Cenk Sümer, Yens Andersson, Kamil Məmmədov yoxdur...
- Daha əvvəl "Neftçi TV"yə müsahibə vermişdim və klubun strategiyasını açıqlamışdım. Klub quruculuğunda infrastruktur məsələləri də gündəmə gəlir. Mövzulardan biri klubun infrastrukturudur. Bilirdik ki, bu ilə qədər "Neftçi"nin tarixinə yaraşan səviyyədə deyildi. Amma qısa müddətdə çox yaxşı işlər görüldü. Bazanın ilk mərtəbəsi hazırdı. Yaxın günlərdə ikinci mərtəbə də olacaq. Ofisimiz də orada yerləşəcək. Sizi də dəvət edəcəyik, siz də görəcəksiz. Stadiondan da danışmaq lazımdır. "Neftçi" azarkeşlərini maraqlandıran əsas mövzulardan biri stadionun ot örtüyü idi. Müxtəlif yazılar oldu. Biz reaksiya vermədik. Onsuz da bizim bəyanatımızda dolğun yazılmışdı. "Neftçi Arena" bizim deyil, AFFA-nın balansındadır. Amma istənilən halda, bura yatırım edirik. Yatırımlardan birincisi də ot örtüyüdür. Birinci turda gördük ki, ot örtüyü yaxşı durumda deyil. Sual yarana bilər ki, belədə nə üçün ilk oyunu başqa stadionda keçirmədiniz? Açığı, "Forza Neftçi" oyuna çox ciddi hazırlaşmışdı. Böyük pankart da asılmışdı. O hazırlığı pozmamaq üçün "Turan Tovuz"la oyunu "Neftçi Arena"da keçirməyə qərar verdik. İndi işlər gedir. Çox ciddi irəliləyiş var. Sentyabrın 20-də "Qarabağ"la oyunumuz var. Ona qədər stadionun ot örtüyü daha yaxşı vəziyyətdə olacaq. Bu arenada ot örtüyünün yenilənməsi sonuncu dəfə 2019-cu ildə baş verib. Türkiyə millisi Avropa çempionatına hazırlıq üçün "Neftçi Arena"nı seçmişdi. Ondan bu yana stadionda kiçik bərpa prosesləri edilib. Hazırda meydanda görülən işlər ot örtüyünün üst hissəsinin bərpa işləridir. Bizim arena digər arenalardan təbii quruluşuna görə fərqlənir. Stadionda havalandırma ilə bağlı problem olur. Yay aylarında havanın isti olduğu müddətdə havalandırma mənfi təsir göstərdiyi üçün otun bitməsində problemlər önə çıxır. Ona görə bərpa işləri aparılmalıdır. Yenidən toxumlar səpilib. Transfer məsələlərinə gəlincə, çox rahat danışa bilərəm. Transfer fəaliyyətinin necə həyata keçirilməsi haqda məlumatlıyam. A-dan Z-yə qədər bilirəm. Bütün dünyada hazırda həyata keçirilən sistem "Neftçi"də də həyata keçirilir. Çox sivil sistemdir. Kluba futbolçular təklif edilir. Baş məşqçinin bildirdiyi problemli mövqelər olur, onun istədiyi keyfiyyətdə futbolçular axtarılır. Skautlarımız futbolçuları idman direktoru ilə birlikdə seçirlər. Baş məşqçinin tələbinə uyğun "şort-list" təqdim olunur. O da ən bəyəndiyi, uyğun gələnini seçir və futbolçu ilə danışıqlara başlanılır. Doğrudur, sonradan hansısa xırda problemlər çıxa bilər. Amma baş məşqçi hansı futbolçunu istəyirsə, onunla danışıqlar aparılır. Transfer pəncərəsinin bağlanmasına vaxt var. Meydandan baş verənlərə fikir bildirməyimiz, müdaxilə etməyimiz mümkün deyil. Baş məşqçimiz bununla bağlı danışır. Nəticələr ürəkaçan deyil. Bunu icad etməklə yeni bir şey icad etmirəm. Nəticələr azarkeşləri də narazı salır. Klubu da, baş məşqçini, futbolçuları narahat edir. Bir az vaxt lazımdır. "Sabah"la matçda start heyətdəki futbolçulardan 5-i yeni idi. Bütün bunlar da nəticəyə öz təsirini göstərir.
- Bir çoxları fikirləşir ki, medianın, azarkeşlərin sizə olan sevgisi, hörmətinə görə rəhbərlik sizdən qalxan kimi istifadə edir, sizi medianın önünə atır. Bu təşəbbüs sizdən gəlib, yoxsa rəhbərlikdən? Pərdərarxasında səlahiyyətləriniz daha çoxdur deyə bilərik?
- Tamamilə əsassızdır. Mətbuatı və ya azarkeşləri sakitləşdirmək üçün... Bu, ağlagəlməz bir şeydir. Bu, mənim vəzifə təlimatlarımda var. Biz də sizin içinizdən çıxmışıq. Qayıdacağımız yer də mətbuatdır. Səlahiyyətə gəldikdə, xeyr. Klubda hər kəsin öz işi var, hamı öz işi ilə məşğuldur. Klubun siyasətini, klubda baş verənləri ictimaiyyətə çatdırmaqdır işimiz. Təşəbbüsə gəlincə, ümumi qərardır. Rəhbərliyin istəyi olub, mən də hə demişəm.
- “Sabah”la oyunun Zirədə keçirilməsi sosial şəbəkələrdə çox müzakirə olundu. Hətta “Neftçi”ni qınayanlar oldu ki, nəyə görə matç Masazırda keçirilmədi, yəni ilk dövrədəki ilə ikinci dövrədəki oyunun yeri dəyişdirilmədi. Belə bir istəklə "Sabah"a müraciət etmişdiniz?
- Müxtəlif düşüncələr var idi. Elə düşüncə də var idi ki, ev oyunlarının yerini dəyişək. Azərbaycanda indi stadion tapmaq çətindir. Bəzi komandaların məşq etməyə stadionu yoxdur. Qarşılıqlı danışıqlardan "Dalğa Arena" variantı üzərində dayandıq. "Zirə" ilə danışıqlardan sonra ev oyunumuz Zirəyə keçirildi. Biz də razılıq verdik. "Zirə"nin stadionunun ot örtüyü çox yaxşı vəziyyətdəydi. Hansısa narazılığımız yox idi.
- Gələcək mətbuat konfranslarında da ancaq sizi görəcəyik, yoxsa gedişata uyğun vəziyyət dəyişəcək?
- Nəticənin mətbuat konfransına aidiyyəti yoxdur. Yeni sponsor təqdimatımız olacaq. Ciddi danışıqlar gedir. Bazada yerləşdiriləcək banner ola bilər, forma üzərində olacaq sponsor yazıları da ola bilər. Yeni oyunçuları da mətbuat konfransına çıxaracağıq. Amma başa düşmək lazımdır ki, iyul və avqust aylarında proseslər çox tez oldu. Sanki xaotik formada görünürdü. Gələcək konfranslarda idman direktorumuz da iştirak edəcək. Baş icraçı direktorumuzla da tanış olacaqsınız. Yeni sponsorlarımız bura çıxa bilər. Ola da bilər, həftədə bir dəfə, ayda iki dəfə görüşək, fikir mübadiləsi aparaq.
- "Neftçi" kimi köklü kluba özünün balansında olacaq stadion lazım deyil?
- Əlbəttə ki, lazımdır. Amma reallıqlar var. Desək ki, 1-2 ildən sonra müasir, əla stadionumuz olacaq, doğru olmaz. Amma qlobal planlarda bu da var. Yəni "Neftçi"nin özünəməxsus stadionunun olması. Bunlar zaman alan proseslərdir. Klubda çalışan insanlar da bunu istəyir. Hamımız istəyirik ki, klubun adına, tarixinə yaraşan stadion inşa edək. Ümid edək ki, yaxın vaxtlarda bu baş verəcək.
- "Neftçi"də hazırda neçə rəhbər var?
- Bir rəhbər var. Müşahidə Şurası və hər şöbənin öz rəhbəri.
- "Neftçi"yə cavabdehlik daşıyan kimdir?
- Klubun Müşahidə Şurası.
- "Neftçi"nin çempionatdakı üç oyununu görmüşük. Dediz ki, 5-6 tur vaxt lazımdır. 3-4 həftəyə dəyişəcək? Bu "Neftçi" ilə nəyə ümid edirsiniz?
- Beş-altı tur lazımdır fikri mənim deyil. Roman Qriqorçuk yeni futbolçuların adaptasiyası ilə bağlı bu fikri səsləndirmişdi. Mən deməmişəm ki, "Neftçi" 5-6 tur sonra yaxşı oynayacaq. Komandanın nə vaxt necə oynayacağını baş məşqçiyə sual verin. Klub nümayəndəsi kimi gözləntilərim nikbindir. Gündəlik məşqlərə baxıram. Klubdakı fəaliyyətinin içindəyəm. Hamı öz işini məqsədyönlü şəkildə, peşəkarlıq keyfiyyəti ilə yerinə yetirir. Roman Qriqorçuk 24 saat çalışır. Onun keçmişi var. Ölkə xaricində, öz ölkəsində, bir neçə bizim kimi potsovet ölkələrində çempion olub. "Qəbələ"də gördüyü işlər göz önündədir. Bu şəxsin baş məşqçi kimi nəyə qadir olduğunu bilirik. O, Azərbaycanı son dəfə tərk edəndə 2018-ci il idi, altı il keçib. Azərbaycanı tanıyır, amma yenidən uyğunlaşmaq, öz ideyalarını yeni komandasına aşılamaq üçün vaxt lazımdır. O isə bunu daha yaxşı bilir. Qarşıdakı həftələrdə "Neftçi"nin daha yaxşı oynayacağını proqnozlaşdırmaq olar. Ümid edək ki, azarkeşləri də nəticələrlə sevindirəcəyik. Mətbuatda yazılır ki, Qriqorçuk gedəcək, narazıdır... Bu xəbərlərin altında mənbə olmadığı üçün haradan götürüldüyünü, nəyə əsaslandığını bilmirik. Ona görə də nəsə demək çətindir. Məşqlərimiz də açıq deyil ki, deyək orada nəsə olub. Qriqorçukun kimdən, nədən narazı olmasının məndə cavabı yoxdur. Ötən həftə rəhbərliyə narazılığını bildirib? Bununla bağlı məlumat yoxdur. Klub yeni nəfəslə yeni mövsümə atılıb. Nəticələr heç birimizi qane etmir. Hamımız başa düşürük ki, üç turdan sonra 2 xal yığmağımız normal deyil. Ümid edək ki, qısa müddətdə baş məşqçiyə verilən suallar yalnız qalibiyyətlə bağlı olacaq.
- "Qarabağ"da nə Türkiyədən, nə də İsveçdən klub rəsmisi var. "Zirə"də də həmçinin. Avropa strukturu formalaşdırana qədər klublarımız irəli gedir. Bəlkə uğur düsturunu "Qarabağ"dan götürəsiniz?
- "Qarabağ"da Türkiyədən mütəxəssis var. Amma məsələ o deyil. Hər klubun öz yolu var. Biz bu gün seçilən yolun yekunları haqda avqustda danışa bilmərik. İndidən nəyin necə olacağını bilmirik. İnanırıq ki, seçilən yol doğrudur. Biz bilirik ki, Danimarkadakı kimi klub formalaşdıra bilmərik. Hər şeyin fərqindəyik. Sadəcə dünyanın qabaqcıl klublarının yaxşı işlərini götürməkdə pis nə var? Yaşayaq, görək. İnanırıq ki, seçdiyimiz yol doğrudur və qısa müddətdə uğur qazanacağıq. Amma bu da qısa yol deyil. Qısa yol çox böyük pul xərcləməkdir. Bəlkə də, bir mövsümlük nəticə olar. Fərqindəyik ki, seçdiyimiz yol uzun və çətindir. Amma biz bundan qorxmuruq. İş gedir. Bir gün bəhrəsini görəcəyik.
- "Neftçi TV"nin peykə çıxması üçün nə çatışmır?
- Buna can atırıq. Bizdən əvvəlki media komandasının da fikri bu idi. Amma televiziya quruculuğu çox çətindir. Bu yöndə işləmişəm. "CBC Sport"un əsası qoyulanda ilk insanlardan biri mən olmuşam. "CBC Sport"un imkanları daha genişdir, yayımçıdır. Onun belə əsas yayıma keçməsi 2-3 ay almışdı. Avqustda proses başladı, noyabrda əsas yayıma keçdi. Məqsədimiz odur. Bunun üçün yaxşı maliyyə yatırımı lazımdır, kadrlarımızın sayı artmalıdır. Media komandası olaraq "Neftçi TV"ni inkişaf etdirməliyik. "Neftçi TV"də yeni layihələr olacaq. Bəzi avadanlıqlar yenilənməlidir. Yeni bazamız inşa olunur, ora keçid etməliyik. Yaxın gələcəkdə "Neftçi TV"də də yeniliklər görəcəksiz. Bu qrupu bura yığanlara təşəkkür edirəm.
- Lukas Melanonun gedişi gözlənilir? Brayan Moreno necə?
- Moreno zədəlidir. Uzunmüddətli olub-olmamasını müəyyənləşdirmək üçün zamana ehtiyac var. Dizindəki problemi müəyyənləşdirmək lazımdır. Ona görə mövsümün sifariş ərizəsinə salmamışıq. Zədəsinin mahiyyəti tam bilinməyib. Onun bizimlə müqaviləsi var. Sağlamlıq durumu ilə bağlı məsələdir. Melanoya gəldikdə, onunla da müqavilə var. Qara Qarayev məsələsi kimi, onun da klubdaxilində qalmasını xahiş edərdim. "Neftçi" bu məsələlərdə operativdir. Yenilik olarsa, ictimaiyyət məlumat alacaq.

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Dünya çempionatı: Millimizin 1/4 final oyununun vaxtı məlumdur
- Berezutski kuboku qazanmasa, xələfi bu azərbaycanlı məşqçi olacaq - EKSKLÜZİV
- “Mingəçevir”in hücumçusu: “Komandada söz-söhbətlər olsaydı, bu nəticələri qazana bilməzdik”
- Azər Bağırov “Kəpəz”dən getdi
- “Sabah”ın cahilliyi
- “Kəpəz”in yeni rəhbərliyi fəaliyyətə başladı - EKSKLÜZİV
- “Kəpəz”in baş məşqçisi postuna namizədlərdən biri odur - EKSKLÜZİV
- Orxan Məmmədov: “Tarixi qələbə qazandıq”
- “Şamaxı” - “Araz-Naxçıvan” oyununu “CBC Sport” yox, bu kanal yayımlayacaq - EKSKLÜZİV
- “Neftçi” qapıçısı ilə yollarını ayırdı
- Bakıda “Dünya neft və qaz kuboku 2025” start götürdü
- Bizim Altay Əliyev
- Bir alqış da PFL-ə
- Rednik “Kəpəz”ə gəlişini təsdiqlədi: “Azərbaycanlılar maliyyə baxımından məni razı saldılar”
- AFFA-dan həqiqi bölgə klublarına zərbə
-
21:00
Azərbaycanın akrobatika gimnastları Dünya Kubokunda 3 gümüş medal qazanıblar
-
20:42
Naxçıvanın voleybol komandası ölkə çempionu olub
-
20:17
“Sumqayıt” akademiyasının 4 yetirməsi əsas komandada debüt edib FOTOLENT
-
19:58
Ulu öndərin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Turan Kuboku"na yekun vurulub
-
19:31
Azərbaycan millisi Dünya Kubokunda mübarizə aparacaq
-
19:06
Millimiz Gürcüstan toplanışını başa vurub
-
18:45
Taleh Nəsibov: “Komanda olaraq bu işi yüksək səviyyədə bacardıq”
-
18:23
Gimnastlarımızda “Bosphorus Open Cup”da uğurlu çıxış
-
17:59
“Neftçi” qızıl medallara qovuşdu FOTOLENT
-
17:32
Audiovizual Şura "Matç TV"nin yayımının dayandırılmasının səbəbini açıqlayıb
-
17:14
Prezident İlham Əliyevin milli komandamızla görüşü FOTOLENT
-
17:00
İlham Əliyev minifutbol üzrə Azərbaycan milli komandasının üzvlərini qəbul edib - YENİLƏNİB
-
16:47
Bədavi Hüseynov millinin heyətindən çıxarılıb
-
16:16
Azərbaycanın gənc avarçəkənləri Qazaxıstanda 14 medal qazanıblar
-
15:51
Boksçularımız Qazaxıstanda yarışacaqlar
-
15:33
Faiq Ağayev: “Millimizin dünya çempionu olması qürurvericidir”
-
14:48
Azərbaycan taekvondoçularının iştirakı ilə açıq dairəvi döyüş məşqləri keçirilib
-
14:00
Mahir Məmmədov: “Azərbaycan şahmatını daha da inkişaf etdirəcəyik”
-
13:12
Mahir Məmmədov yenidən Şahmat Federasiyasının prezidenti seçilib
-
12:54
Lionel Messi millimizi təbrik edib VİDEO
-
12:45
Azərbaycanlı hakim FIBA tərəfindən təşkil olunan İllik Milli İnstruktur Klinikasında iştirak edib
-
12:37
Ən məhsuldar final
-
12:21
Pakistan səfiri: “Azərbaycanı dünya çempionatında tarixi qələbə münasibətilə təbrik edirik”
-
12:06
Azərbaycan kubokunda son 2 mövsümün rekordu
-
11:48
Gürcüstan səfirliyi Azərbaycan millisini təbrik edib
-
11:23
Emin Ağalarov: “Minifutbol millimizlə fəxr edirəm” - EKSKLÜZİV
-
10:59
"Araz-Naxçıvan"da daha bir müqavilə
-
10:35
Azərbaycan boksçuları Rusiya 8 qızıl medal qazanıblar
-
10:17
"Samsunspor"dan əzmkar qələbə VİDEO
-
10:00
Orxan Məmmədov: “Dövlət dəstəyi olmadan bu qələbə mümkün deyildi”
-
09:44
Azərbaycan cüdoçularından 4 medal
-
09:31
"Beşiktaş" mövsümə darmadağınla yekun vurdu VİDEO
-
09:22
Mehriban Əliyeva minifutbol millimizi təbrik edib
-
00:58
Millimizin dünya çempionluğu VİDEO
-
23:44
AFFA prezidenti minifutbol millimizi təbrik etdi
-
22:35
"Qarabağ"ın 5 legionerinə dəvət
-
22:03
ABŞ səfirliyindən millimizə təbrik
-
21:58
Quliyevdən çempionluq şərhi
-
21:11
Minifutbol millimiz dünya çempionu oldu
-
19:00
Serbiya millisi Bakıda dünya üçüncüsü oldu
-
18:24
Tovuzda voleybol Festivalı keçirildi FOTOLENT
-
17:37
PFL-dən Dövlət Himninin özəl təqdimatı VİDEO
-
16:42
"Şamaxı"nın legioneri milliyə dəvət alıb
-
15:59
Azərbaycanın stolüstü tennisçisi İsveçdə təlim-məşq toplanışına qatılacaq
-
14:38
ÇL-in finalını izləyən azərbaycanlılar
-
14:23
Messidən 2 qol, 2 məhsuldar ötürmə VİDEO
-
12:45
Leandro Andrade: “Bunu hətta Kriştianu Ronaldo belə edə bilər”
-
12:36
Bakıda minifutbol üzrə dünya çempionatının bağlanış mərasimi keçiriləcək
-
12:17
Bakıda stolüstü tennis üzrə Azərbaycan birinciliyinə yekun vurulub
-
11:54
Matias “Neftçi” ilə vidalaşdı: “Mənim üçün şərəf idi”