Ölkə futbolu
Sergey Yakiroviç: "Qarabağ"ın zəif cəhətlərindən istifadə edirdik"
"Tamaşaçılar üçün fantastik oyun oldu. Yaxşı mübarizə apardıq. Bir daha təsdiq olundu ki, rəqib hücumu və müdafiəsi olan çox güclü komandadır. Təzyiqimiz bir az azalan kimi onlar 6 oyunçu ilə bizim cərimə meydançasının qarşısında olurdular və ciddi şəkildə təzyiq edirdilər. "Qarabağ" yaxşı oynayır, amma biz də onların zəif cəhətlərindən istifadə edirdik".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Zaqreb "Dinamo"sunun baş məşqçisi Sergey Yakiroviç UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"la ilk oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
O, 3:0 hesablı qələbəni belə şərh edib: "Əsas məqsəd ilk hissədə topu ələ keçirmək və bununla da üstünlük yaratmaq idi. 60-cı dəqiqədə dinamikanı itirdiyimiz üçün sistemi dəyişdik. Əslində bundan sonra hədəfə çatmaq daha asan oldu. Vurduğumuz qollardan başqa daha iki-üç fürsətimiz oldu. Təəssüf ki, bunu reallaşdıra bilmədik.
Şübhəsiz ki, "Qarabağ" "Ludoqorets"dən daha yaxşı komandadır. Uzun müddətdir birlikdədirlər və görürsən ki, onların müəyyən oyun sistemi var. Biz bilirdik ki, bu, bizə çətinlik yaradacaq, bəzi məqamlarda əziyyət çəkəcəyik. Müdafiədə bəzi kobud səhvlər etdik. Qapıçımız İvan Nevistiç yaxşı oynadı".
Baş məşqçi qeyd edib ki, cütün taleyi növbəti oyundan sonra bəlli olacaq: "Ötən mövsümün təcrübəsindən öyrəndik ki, hər imkanından istifadə etməliəsən. Bu nəticəyə görə məmnunuq, lakin oyundan əvvəl də bilirdik ki, nəticə nə olursa olsun, bizi daha 90 dəqiqə gözləyir".
Yakiroviç zədələnərək meydana tərk edən komandanın aparıcı üzvü Stefan Ristovski haqda da danışıb: "Onun zədələnməsi bizi bir qədər narahat etdi. Ristovski son vaxtlar çox yaxşı oynayır. Qarşıdakı oyunda meydana çıxa bilsə, əla olardı. Çünki sürətli oyunçudur. Sabah durumunun necə olduğunu biləcəyik".
Baş məşqçi matçın hakim idarəçiliyi ilə bağlı da fikirlərini bildirib: "Oyunun sonuna yaxın rəqib futbolçusu topa əli ilə toxundu. Cərimə meydançasında idi ya yox, bilmirəm. Hakimlik yaxşı idi. Hətta bəzi anlarda müəyyən səhvlərə görə üzr istədilər".
Qeyd edək ki, "Qarabağ"la "Dinamo" arasında cavab qarşılaşması avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Yankoviç “Turan Tovuz”da
- Elvin Camalov “Neftçi”dən getdi
-
20:33
Basketbol Federasiyası yeni mövsümün açılışı ilə bağlı tədbir keçirib FOTOLENT
-
19:00
II Liqada V tura yekun vuruldu
-
18:14
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
-
17:41
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
-
17:22
IX turun oyun cədvəli açıqlanıb
-
16:59
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
-
16:37
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib
-
16:15
“Araz”, “Damla” və “Xəzər”
-
15:48
NTD daha üç yerli basketbolçunu heyətinə qatıb
-
15:26
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
15:00
PFL Premyer Liqada təxirə salınmış 2 oyunun vaxtını açıqladı
-
14:34
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bilindi
-
14:03
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:41
"Sumqayıt"dan növbəti transfer
-
13:12
Futzal millimiz mübarizəyə final mərhələsindən başlayacaq
-
12:57
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri müəyyənləşdi
-
12:39
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
-
12:25
Dövlət başçısının FIFA prezidenti ilə görüşündən FOTOLENT
-
12:18
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
-
12:00
Yamaykadan “Qarabağ”a məyusedici xəbər
-
11:46
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
-
11:24
Canni İnfantino Bakıda: Dünya çempionatı üçün tikilən stadionlarla tanış oldu
-
10:53
İtaliya millisindən Bursada 4 qollu qələbə VİDEO
-
10:31
Varkonyinin millidəki debütu təxirə salındı
-
10:17
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı
-
10:02
Puxaçın milliyə qayıdışı uğursuz alındı
-
09:45
“Qarabağ”ın qapıçısı 2 qol buraxsa da, komandası qalib gəldi
-
09:29
Marko Yankoviç İrəvanda qələbəyə sevindi
-
19:13
II Liqada 4 oyunda 22 qol
-
19:00
Amerikalı basketbolçu Azərbaycan klubunda
-
18:27
Boksçularımızın Çindəki qazancı - 10 medal
-
17:54
Asiyat Abuyeva "Murov Az Terminal"da
-
17:35
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
-
17:18
"Sumqayıt"dan növbəti transfer
-
16:49
"Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
-
16:06
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
-
15:52
Cilardinonun yeni iş yeri müəyyənləşdi
-
15:23
Anastasiya Baydyuk Azərbaycan klubunda
-
14:31
"Gəncə"də görüş
-
14:17
"Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
-
14:00
Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
-
13:44
İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
-
13:26
"Qəbələ"də daha iki yeni məşqçi
-
12:58
Gimnastlarımız Slovakiyada 7 medal qazanıblar
-
12:39
Mahir Məmmədov Enes Efendioğlu ilə şahmat sahəsində əməkdaşlığı müzakirə edib
-
12:15
Azərbaycanın fiqurlu konkisürənləri Gürcüstandakı Qran-pridə iştirak ediblər
-
11:42
Lixtenşteyn Bakıya məğlub gəlir
-
11:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:07
Portuqaliya səfərdə Norveçi məğlub etdi VİDEO
-
10:51
"Turan Tovuz" - "Fənərbaxça" oyununa nə qədər bilet satılıb?
29.09.2026
28.09.2026
























