29 Sentyabr 2026, Çərşənbə axşamı
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi
Millimiz Litva ilə heç-heçə etdi
Rafael Utsiq yenidən “Qəbələ”də

Ölkə futbolu

Tahir Gözəl Azərbaycanın Xorvatiyadakı səfiri ilə görüşdü

"Qarabağ"ın prezidenti Tahir Gözel Azərbaycanın Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri Anar İmanovla görüşüb.
 
Futbolxeber.az saytının klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş Azərbaycanın Xorvatiyadakı səfirliyində keçirilib.
 
Anar İmanovun dəvəti ilə gerçəkləşən görüş Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” matçı ərəfəsində təşkil olunub. "Qarabağ"ın Xorvatiya səfərində də komandanı tək qoymayan Tahir Gözel səfirə səmimi dəvətə və qəbula görə təşəkkür edib. 
 
Görüş zamanı “Qarabağ”ın uğurları, klubumun artıq bir brendə çevrilməsi və bütün dünyanın "Qarabağ"la, onun tarixi ilə maraqlanması barədə danışılıb. Anar İmanov komandaya uğurlar arzulayıb və oyunu stadiondan izləyəcəyini bildirib.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30