12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

"Turan Tovuz"dan əlamətdar qələbə

“Turan Tovuz” Azərbaycan Premyer Liqasında yubiley qələbəsini qazanıb.
 
Futbolxeber.az saytının məlumatına görə, Kurban Berdıyevin komandası 3-cü turda “Kəpəz”i səfərdə məğlub edib – 3:0.
 
Bu, Premyer Liqada 3-cü mövsümünü keçirən klubun 75-ci matçı və 25-ci qələbəsi olub. “Turan Tovuz” evdə 13, səfərdə 12 dəfə qalib gəlib.
 
Qərblilər cari mövsüm ilk üç turda qol buraxmayıb. Bu, son 4 mövsümdə ilk belə seriyadır. Çempionatın ilk üç oyununda qol buraxmayan sonuncu komanda “Şamaxı” olub. “Keşlə” adlanan klub üçün 2020/21 mövsümünün startı uğurlu alınıb (pfl.az).
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30