16 Dekabr 2025, Çərşənbə axşamı
Vernidub: "Mən sehrbaz deyiləm”
"Neftçi" qələbəni əldən verdi
AFFA klubları soyur! - ARAŞDIRMA
Qurbanov: “Çox vacib qalibiyyət idi”

Ölkə futbolu

"Rəşad Sadıqovun "Rəvan"a qarşı oynaması mümkündür"

"Qarabağ" Premyer Liqanın XIV turunda "Rəvan"la qarşılaşacaq. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi qarşıdakı oyuna itkilərlər çıxacaq. Admir Telinin zədə, Riçard Almeydanın cəza səbəbindən oyunu buraxacağı dəqiqdir. Belindəki ağrılar səbəbindən AZAL-la və millinin 2 son hazırlıq matçını buraxan Rəşad Sadıqov son məşqlərdə fərdi hazırlıqla kifayətlənib. "Qarabağ"ın və millinin kapitanının son durumu barədə Ağdam klubunun fizioterapevti Murat Şahinoğlu açıqlama verib: "Bildiyiniz kimi, Rəşad uzun müddətdir belindəkı ağrılardan əziyyət çəkir. Uzun müddətdir bu ağrılar var. Amma AZAL-la oyundan qabaq ağrılar daha da şiddətləndi. Belə də oyunu buraxmalı oldu. Rəşad üçün xüsusi müalicə proqramı tətbiq etdik. Əslində, kapitan bu turu da buraxmalıydı. Amma Rəşad məşqlərdə xüsusi əzmlə çalışır. Müalicənin effektini gözlənildiyindən daha erkən aldıq. Buna görə də oyun günü özünü necə hiss etməyindən asılı olaraq meydana çıxması mümkündür".








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31